2021-ci il Emmy mükafatı nominantları məlum oldu Featured

Rate this item
(3 votes)

"Tac" (The crown) və "Mandalorian" (The Mandalorian) serialları Emmy televiziya mükafatına nominasiya sayına görə əsas namizəddirlər, bu il Emmy  73-cü dəfə veriləcəkdir. Nominantların siyahısı çərşənbə axşamı mükafatın saytında dərc olunub.
“Ədəbiyyat və incəsənət” portalı SBC-yə istinadən məlumat verir ki,
bu iki serial bütün 24 nominasiya kateqoriyalarında təqdim olunurlar. 23 nominasiyada mükafata "Vanda/Vijn" (The Wanda vision) mini-serialı namizəddir. Striminq xidmətləri arasında HBO Max liderlik edir ki, o da ümumilikdə 130 müxtəlif nominasiya əldə etmişdir. Netflix onlayn kinoteatrı 129 nominasiya ilə ikinci yerdədir, üçüncü isə 71 nominasiya ilə Disney kompaniyasıdır.
Əsas nominasiyalardan biri - Ən yaxşı dram serialına namizədlər arasında - "Tac" və "Mandalorian” serialları ilə birlikdə "Oğlanlar" (The Boys), "Bridcertonlar" (Bridgerton, 2020 ), "Qulluqçu hekayəsi" (The Handmaid ' s Tale), "Lavkraft ölkəsi" (Lovecraft Country)"Poza" (Pose) və “Bu bizik” (This) yer alır.
Ən yaxşı komediya serialına görə nominasiyada "Qara komediya" (Black-ish), "Kobra Kai" (Cobra Kai), “Parisdə Emily” (Emily in Paris) və “Hiylələr” (Hacks) yer alıb.
"Vanda/Vijn” ilə rəqabətdə Ən yaxşı mini-serial kateqoriyasında mükafata digər namizədlər “Mən səni məhv edə bilərəm" (I may Destroy), "İsttaundan Meyr" (Easttoon Mare), "Kraliçanın gedişi" (The Queen ' s Gambit) və "Yeraltı dəmir yolu" (The Underground Railroad) seriallarıdır.
Aktyor nominasiyaları da elan edilib.
"Ən yaxşı dramatik aktrisa" kateqoriyasında "Tac"da rol almış Emma Corrine və Olivia Colman təmsil olunur. Onlarla rəqabəti Elizabet Moss ("Xidmətçinin hekayəsi"), Emcey Rodriqes ("Poza"), Cerni Smollett ("Lavkraft ölkəsi") və Ozo Aduba ("Xəstələr”) aparırlar.
Analoji kateqoriyada kişilər arasında Coş O ' Konnor ("Tac"), Rege-Jan Peyc ("Bricertonlar"), Conatan Meycers ("Lavkraft ölkəsi"), Metyu Riz ("Perri Mason"), Billi Porter ("Poza") və Sterlinq K. Braun ("Bu bizik”) statuet uğrunda mübarizə aparacaqlar.
Əlində atom modeli olan qanadlı qadının heykəlciyi olan Emmy mükafatı ABŞ televiziya elmləri və İncəsənət Akademiyası tərəfindən ən aktiv baxış zamanı - praym taym zamanı (axşam saatlarında) yayımlanan teleseriallların ən yaxşısını müəyyənləşdirməkçün verilir. Mükafatların təqdimetmə mərasimi sentyabrın 19-da keçiriləcək, onu SBC teleşirkəti  saat 20:00 (03:00)- dan canlı yayımlayacaq.