Acun İlicalı “Səni heç vaxt unutmayacağıq” dedi

Rate this item
(0 votes)

Türk kinooperatoru Alper Bayçinin 3 il öncə Dominikan Respublikasında ürəyindən bıçaqlanaraq öldürülməsi türk ictimaiyyətini, xüsusən incəsənət adamlarını bərk sarsıtmışdı. Onun xatirəsinin əbədiləşdirilməsi üçün Antalyada yerləşən Muratpaşada “Kinooperator Alper Bayçin” parkının dünən təntənəli açılış mərasimi olub.
Son Dakika xəbər ajansının məlumatına görə, İnstagram hesabından 13,4 milyon abunəçisi üçün açılış mərasiminin kadrlarını bölüşən məşhur türk prodüsseri Acun İlicali bildirib: "Biz 2018-ci ildə itirdiyimiz hörmətli həmkarımız Alper Bayçinin kiçik qardaşı ilə Antalyada  Alper Bayçinin adına salınan  parkının açılışında olduq. Biz səni heç vaxt unutmayacağıq, Alper dedik.”