“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, müğənni ilə aparıcının mübahisəsi “Elgizlə izlə" verilişində yaşanıb. Aparıcı müğənni ilə rayonlardan birinə çəkilişə gedən zaman onun çox danışdığını deyib:
"4 saat rayona getdik. Elza yolda çox danışdı: necə ailə qurdu, onu necə ərə verdilər, qayınanası ona nələr deyib... Sonra ayıldıq ki, rayon qalıb kənarda, gedib İran sərhəddinə çıxmışıq".
Elgizin bu sözlərinə Seyidcahan əsəbiləşib. O, aparıcını yalan danışmaqda ittiham edib:
"Hər şeyi tərs danışdı. Qınamıram səni... Rayondan gələndə yollar qazılıb, axşam idi. Yolda da yük maşınları gedirdi. Mən də sürücünün aparıb maşını yük maşınlarının altına salmaması, sükan arxasında yatmaması üçün danışırdım. Olmaz belə şeylər. Dünəndən qapıma kimi xalça sərmisən ki, verilişimə gəl. Çıxıb buradan gedəcəyəm, olmaz belə danışmaq. Xətrimə dəyir. Onun kimi bir-iki belə müğənni var. Biri ilə hətta buna görə küsülüyəm. Mən məntiqli, savadlı danışıram. Bir müğənni oturub dostlar arasında məni parodiya edir. Deyirəm, görəsən nə yedi ki, özündən çıxdı? Yeni gələndə Elza xanım deyirdi, indi bir-iki klip çəkdirib, özünü başdan-ayağa yığdırıb, məni lətifələrə qoşub. Bir dəfə efirdə məni parodiya etdi. Oğlum əsəbiləşdi, onun xatirinə zəng etdim ki, niyə edirsən? Düşündüm ki, üzr istəyər. O isə əksinə, özünə haqq qazandırdı".
“Ədəbiyyat və incəsənət”
(15.03.2023)