Müvəqqəti işsiz

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

Qurultayda Siyasi Şura üzvlərinin ad-soyadları olan siyahı oxunur. "Xeyrəddin Qoca - müvəqqəti işsiz" sözləri oxunarkən iki mindən çox adam tutan Respublika Sarayında hamı gülür.

Fasilədə vəzifəli şəxslər - nazirlər, dövlət adamları, millət vəkilləri Xeyrəddin Qocaya yaxınlaşıb deyirlər:

-Deməli, bu yaxınlarda sənə mütləq iş veriləcək.

Xeyrəddin Qoca cavab verir:

-Heç bilirsiniz, salondakılar nəyə gülürdülər? Mən müvəqqəti yox, əbədi işsizəm...

Doğrudan da məşhur yazıçı uzun müddət işsiz qalır. Bir gün onu toya çağırırlar. İçərisində 100 manat nəmər qoyduğu zərfin üstünə "Xeyrəddin Qoca - müvəqqəti işsiz" sözlərini yazıb qutuya atır.

Sonradan toy sahibləri başa düşürlər ki, guya Xeyrəddin Qoca "müvəqqəti işsiz" sözlərini yazmaqla toya saldığı nəmərin az olduğuna işarə edir. Yəni "işləsəydim, daha çox nəmər salardım" - demək istəyir...

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)