Robin Qudun gülməcəsi Featured

Rate this item
(0 votes)

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Müəllim:

-Robin Qud kasıblara havayı nə paylayıb?

Şagird ehtiyatla:

-Vayfay?

 

2.

İsrail. Avtobus gedir. Birdən polis avtobusu saxlayıb bütün sərnişinlərə buz kimi qarpız paylayır.

Sərnişinlərdən biri deyir:

-Bu da sənə İsrail. Polis adamlara pulsuz qarpız paylayır.

Digəri isə onun qulağına pıçıldayır:

-Sən bir-iki tindən sonra astronomik qiymətə olan ayaqyoluna atılanda biləcəksən, əsl İsrail nədir. 

 

3.

-Sənin ərin nədir?

-Buğa.

-Bəs qoroskopa görə? 

 

4.

Tez-tez özündə çıxma. Elə olar, geri qayıtmağa qoymazlar. 

 

5.

Allah dünyanı yaratdı. Qalan hər şeyi çinlilər yaratdılar. 

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)