Suren, Haykanuş və poçtlyon Featured

Rate this item
(0 votes)

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

AZƏRBAYCAN LƏTİFƏSİ

Ana - özəl şirkətdə mühasib işləyən Gülçahan xanım məzunların 20 ildən sonrakı görüşündə iştirakdan sonra evə pəjmürdə halda qayıdır. 

14 yaşlı qızı Süsən soruşur:

-Ana, sən niyə uzun ayrılıqdan sonra sinif yoldaşlarınla görüşdən belə dilxor qayıtmısan?

Gülcahan xanım hıçqırır:

-Hamısı o əclaf Mamedə görədir.

-Ana, əclaf Mamed dediyin sənə nə etdi ki?

-Dedi, hamı dəyişib, tək Gülcahandan başqa.

-Bunun nəyi pisdir ki? Yəni hamı yaşlaşıb, tək sən cavan qalmısan da. 

-Yox e. Bundan getmir söhbət. O, məktəbdə həmişə mənə gicbəsər deyərdi. 

 

ERMƏNİ LƏTİFƏSİ

Suren əsgərlikdən Haykanuşa o qədər dalbadal məktub yazdı ki, Haykanuş onu Poçtalyona dəyişdi. 

 

ÇİN MƏSƏLİ

Tək vucdanın oyanması ilə ruh doya bilməz, ona həm də etirafetmə lazımdır.

 

PRİBALT MƏSƏLİ

Pula görə sevgi fahişəlikdir, pula görə dostluqsa biznes. 

 

RUS MƏSƏLİ

Xırda adamlar həmişə böyük problemlər yaradırlar. 

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)