HANSINI???

Rate this item
(0 votes)

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Gülüş klubunun Günün lətifəsi rubrikasında bu gün sizlərə dünən bir toy məclisində eşitdiyim lətifəni təqdim edəcəyəm. Belə hallar, siz elə bilirsiniz, real həyatda baş vermir? 

 

Bir qıza elçi gəlmək istəyirlər. Anası qızına deyir:

-Gərək özümüzü elə göstərək, guya ki, varlıyıq. Mən səndən nə istəsəm soruş ki, hansını?

Elçilər gəlir, anası deyir, gətir süfrə sər, qız soruşur, hansını. Anası deyir, qab gətir,
qız soruşur, hansını.

Nəhayət məclisin əsas məqamı çatır, ev sahibini dəvət etmək lazım gəlir. 

Anası qıza deyir, get atanı çağır. 

Qız soruşur:

-Hansını?

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2023)