Hamı fındıq alacaq!

Rate this item
(0 votes)

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

Aylardır xəbərləri arayıb axtarıram ki, görüm “bu bahalaşdı, onun qiyməti qalxdı, bunun qiyməti kəllə-çarxa çıxdı” kimi qara xəbərlərin içində bir ağ xəbər olacaqmı, yəni nəyinsə qiyməti düşəcəkmi.

Və budur, həmin xəbər peyda oldu. Demək, Azərbaycanda fındığın topdansatış qiyməti aşağı düşüb.

Bəli, bəli!

 

“Ötən il fındığın bir kiloqramının orta topdan satış qiyməti 4,10-4,75 AZN arasında olub”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli “Fındıq potensialının artırılması: məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, 2020-2021-ci illərdə quru fındığın 1 kiloqramının orta topdan satış qiyməti isə 4.40-6.50 AZN idi.

 

Demək, fındıq minimum 30 qəpik ucuzlaşıb. Hamımız fındıq alaq! Düzdür, deyəcəksiniz, bu topdan qiymətdir, amma bunun da əlacı var. Yüz nəfər toplaşaq Kömürçü bazarına, siyahıyla adama 4 manat 10 qəpik qoyub topdan 100 kilo fındıq alaq. Və bütün problemlərimiz həll edilsin, ucuz məhsuldan əsl sevinc terapiyası şoku alaq! 

Haydı, sabah hamınızı deyilən məkanda gözləyəcəyəm. 

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)