Şəhidlər barədə şeirlər – Ziyadxan Əliyev

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ziyadxan Əliyevəhəsr edilmiş şeirlə tanış olacaqsınız.

  

 

ZİYADXAN İBRAHİM OĞLU ƏLİYEV

(12.01.1997.-30.09.2020.)

 

Əslən Cəbrayıl  rayonunun Soltanlı kəndindən olan, Kürdəmir rayonunun Carlı kəndində dünyaya gələn, AzTU-nun məzunu, Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin  şəhidi.

 

                        ZİYADXAN

 

Qarabağ savaşında artıq qalib gəlmişik,

Millət kimi, xalq kimi zirvəyə yüksəlmişik.

Qələbəni  qazanmaq asan gəlməyib başa,

Qətiyyətlə xalqımız atılıbdır savaşa.

 

Kim deyir ki, şəhidlər  gözəl həyatdan doydu,

Qələbə yollarında igidlər canın qoydu.

İgidlərdən biridir  cəsur, qorxmaz Ziyadaxan,

Qəhrəman ola bilməz  qandan, ölümdən qorxan.

 

Bu həyat bir möcüzə, bu həyat bir nağıldı,

Əslən Cəbrayıldandı, Kürdəmirdə doğuldu.

Carlı kəndinin o,  saf  havasın udaraq,

Böyüdü, anladı ki, nədir yurd, nədir topaq.

 

Ailədə üç uşaqdan biri idi, Ziyadaxan,

Su kimi təmiz idi, duru idi, Ziyadxan.

Evlərində çox zaman  söhbət Soltanlıdandı,

Cəbrayıldan, Şuşadan, ya da Mərcanlıdandı.

 

Doğmaların didərgin salmışsa da rüzgar,

Anası söyləyirdi  gələcək nurlu bahar.

Biz yenə də qayıdıb  gedəcəyik o yurda,

Düşməndən qisas alıb, dönəcəyik o yurda.

 

Ziydxan böyüyürdü, sevərək millətini,

İnanırdı  xalqımız göstərər qüdrətini.

Çalışırdı  inamla, çatmaq üçün məqsədə,

Vaxt gəldi, yüksək balla, girdi ali məktəbə.

 

Yaşamaq  necə xoşdur, şərəf ilə qürurla,

İllər keçdi, məktəbi  o, bitirdi uğurla.

Dedi ki, olmalıyam  xalqıma layiq əsgər,

Oğullar vətən üçün doğulmamışlar məgər?

 

Ziyadaxan əsgərliyi  az qalmış qurtarmağa,

Hücum əmri verildi - Torpağı qaytarmağa.

Necə də sevinirdi, nəhayət, çatdı məqam,

Vaxt yetişdi, düşməndən alınacaq intiqam.

 

Ziyadaxan cəsurluğun  göstərdi savaşanda,

Kafirləri məhv etdi, öldüdü Suqovuşanda.

Talış döyüşlərində   göstərdi o, rəşadət,

Qismətində var imiş  o ucalıq, şəhadət.

 

Uyuyur Kürdəmirin “Şəhid Xiyabanı”nda,

Sevilir yurdumuzun  Ziyadaxan  hər yanında

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)