Cəlil Məmmədquluzadə yaradıcılığı Avstriya ədəbiyyat portalında

Rate this item
(0 votes)

Avstriyanın “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin alman dilinə tərcümə edilmiş “Poçt qutusu” hekayəsinin yayımına başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Tərcümə Mərkəzi məlumat yayıb. Məlumata görə, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri tanınmış Avstriya tərcüməçisi, filoloq Andreas Kriber və alman dili mütəxəssisi Cəfər Cəfərovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Yohann Volfqanq Höte, Fridrix Şiller, Fyodor Dostoyevski, Frans Kafka, Erix Kestner, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2024)