Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstan Respublikasında səmərəli görüşləri davam edir

Rate this item
(0 votes)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Qazaxıstan Respublikasının Prezident Mərkəzi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir. 

 

Sənədi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Qazaxıstan Respublikasının Prezident Mərkəzinin direktorunun müavini Botagoz Kaipova imzalayıblar.

Memorandum Fond və Mərkəz arasında qədim Türk mədəni irsinin və dəyərlərinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə təhsil, mədəniyyət və tədqiqat layihələrin həyata keçirilməsi, birgə beynəlxalq tədbirlərin təşkil edilməsi, qarşılıqlı mübadilənin təmin edilməsi kimi maddələri özündə ehtiva edir.

Memorandum gələcəkdə Fond və Mərkəz arasında Türk dünyasının zəngin mədəni irsinin qorunması və tanıdılması sahəsində birgə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

 

“Ədəbiyyat və incəsənət”

(12.10.2023)