Türk tarixinin qanlı vərəqləri - Qaraçay-malkarların sürgünü Featured

Rate this item
(1 Vote)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

Çar rusiyası və Sovetlər Birliyi dövründə ikiyə ayrılan Qaraçay-Malkar türkləri hal-hazırda Rusiya Federasiyasına bağlı Qaraçay-Çərkəz Muxtar Cümhuriyyəti, Kabarda-Balkar Muxtar Cümhuriyyətində məskundular. Elbrus dağının şərq və qərb hissəsindəki yüksək dağlıq vadilərində yaşayırlar. Əhali sayları son dövrün sayımına görə 223 min qədərdir. Bunların 202 min nəfəri Rusiya Federasiyasında yaşayır. Türkiyənin Konya, Əskişəhir, İstanbul, Kaysəri, Afyon şəhərlərində üç mindən artıq Qaraçay türkü məskundur. Qaraçay-Malkar türkləri tarix boyu buralarda hakimiyyət qurmuş Kimmer, Saka, Hun, Bolqar, Alan, Bolqar və Qıpçaq türklərinin minlərlə il çəkən etnik yöndən qaynayıb qarışmasından törəyib. 1960-1962-ci illərdə Qaraçayın qədim Xumara şəhərində arxeoloji qazıntıları aparıldıqda runik əlifbaya oxşar yazılı daşlar tapılıb. 1877-1878-ci illərində gedən Osmanlı-Rus hərbinin başlamasından qısa bir müddət sonra Qafqazyada ruslara qarşı üsyan başlayıb, ancaq Osmanlının məğlubiyyəti ilə ruslar bu üsyanı qanla yatırdıb. 

1905-ci ildə yaranan Rus-Yapon müharibəsində Rusiyanın məğlubiyyəti ilə boyunduruq altındakı xalqlar öz müstəqilliklərini düşünməyə başlayıb. Lenin və Stalin 2 Noyabr 1917-ci il tarixində yaydıqları bəyaniyyədə Çar Rusiyasına tabe xalqların öz müstəqil dövlətlərini azadca yarada biləcəyini qəbul edib. 3 May 1917-ci il tarixində Qafqaz xalqları Tərək-Kala (Vladiqafqaz) şəhərində bir qurultay keçirərək “Birləşik Qüzey Qafqazya və Dağıstan Dağlıları Birliyi Mərkəzi Komitəsi”ni yaradıb. Həmin ilin Sentyabr ayının 18-i günü yerli xalqlar Andi qəsəbəsində ikinci bir qurultay toplayıb və 20 Noyabr 1917-ci ildə Rusiyadan ayrılaraq müstəqil dövlətlərini yaratdıqlarını elan edib. Osmanlı hökuməti ilə aparılan müzakirələrdən sonra 11 May 1918-ci il tarixində Qüzey Qafqazyanın müstəqil bir dövlət olduğu bir nota ilə qərb dövlətlərinə çatdırılıb. Ancaq Rusiya daxilində Bolşevik İnqilabını gerçəkləşdirən kommunistlər hakimiyyəti ələ aldıqdan sonra verdikləri sözü unudub, 1921-ci ildə müstəqil Qüzey Qafqazya Cümhuriyyətini tənəzzülə uğradıb. Qaraçaylı general  Mirzakul Kırımşavhal rəhbərliyindəki Qaraçay-Malkar ordusu beş ay boyunca Bolşeviklərə qan uddurub, ancaq hiyləyə başvuran bolşeviklər Qaraçay-Malkar türklərinə ani basqın verərək müqavimətlərini sındırıblar və başda ziyalılar olmaqla zabitlərinin tamamını güllələyiblər.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)