Emmi mükafatını ispaniyalı rejissor Mielqo qazanıb

Rate this item
(0 votes)

 

"Süpürgəçi" qısametrajlı animasiya filminə görə “Oskar” mükafatı laureatı ispaniyalı Alberto Mielqo “Netflix”də yayımlanan "Love, Death & Robots" cizgi serialında "Jibaro" epizoduna görə “Emmi” mükafatı qazanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadla xəbər verir ki, rejissor mükafatı “Qəhrəmanların dizayn edilməsi” nominasiyası üzrə alıb. 

ABŞ-ın Televiziya Akademiyası “Creative Arts Emmy Awards” kimi tanınan bu mükafatı kreativliyi ilə seçilən sənətçilərə təqdim edir.