"Bu lənətlənmiş pəncərəni necə açırsınız?" - Comedy Wildlife Photo Awards qalibləri açıqlandı Featured

Rate this item
(0 votes)

 

Britaniyada keçirilən Comedy Wildlife Photo Awards müsabiqəsinin məqsədi yumor vasitəsilə canlı təbiətin qorunmasının əhəmiyyətinə diqqət yetirməkdir. Hər il olduğu kimi bu il də noyabrın bu vədəsində ən yaxşı fotolar açıqlandı. “Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən sizlərə müsabiqə qaliblərinin adlarını bəyan edir.

 

Əsas kateqoriyada qalib Ken Jensenin "Oy!" (Ouch!) fotosu oldu. Fotoda məftildə oturan qızıl ipəkmeymunu təsvir edilib.

 

Ən yaxşıların sırasına Con Speyrsin "Hesab edirəm ki, yay bitdi" (I guess summer's over) fotosu da daxil olub. Fotoqraf payız yarpağının başını tutduğu Göyərçini iri planda çəkibdir.

 

Artur Trevinin "Çəməndən olan Nindzya iti" (Ninja Prairie Dog) fotoşəkili də xüsusi diqqətə layiq görülüb. Bu, ağbaş qartalın və çəmən itinin qarşıdurmasını əks etdirir.

 

Çi Ki Theonun "Məktəbə getmək vaxtıdır" (Time for school) fotosunda hamar bir xunduz dişləri ilə tutduğu və sanki məktəbə sürüklədiyi balası ilə əks olunub.

 

Jan Pieça "Çinlı pıçıldaşanlar" (Chinese whispers) fotosunda yenotları əks etdirib, hansılar ki, sanki bir-biri ilə pıçıldaşırlar.

 

Nikolas de Volks da yenotu çəkib, onun çəkdiyi yenot evə çıxmağa çalışır və pəncərə şüşəsinə "yapışıb”. Fotonun şən adı da var, "Bu lənətlənmiş pəncərəni necə açırsınız?" (How do you get that damn window open?).

 

Endi Parkinsonun "Gəl rəqs edək” (Let ' s dance) fotosunda iki Kamçatka ayısı kadra alınıb, sanki onlar rəqs edirlər.

 

Çu Xan Li "Kim yuxarı atlanar" (See who jumps high) fotosunda biri sıçrayan üç balığın təsvirini verir.

 

"Yan keçdi" (Missed) fotosunda Lea Scadlan iki qərb boz kenqurusunu mübarizə zamanı lentə alıb ki, onlardan biri digərinin qarnına arxa pəncələri ilə təpik vurmağa çalışanda hədəfdən yayınıb.

 

Roland Cranes isə "Tutdu " (I got you) fotosunda biri digərini tutmağa çalışan sünbülqıranları lentə alıb.

 

 

 

Şəkillərdə: 1. Artur Trevin, "Çəməndən olan Nindzya iti"; 2. Con Speyrs, "Hesab edirəm ki, yay bitdi"; 3. Çi Ki Theo, "Məktəbə getmək vaxtıdır"; 4. Jan Pieça "Çinlı pıçıldaşanlar"; 5. Nikolas de Volks, "Bu lənətlənmiş pəncərəni necə açırsınız?"; 6. Lea Scadlan,"Yan keçdi"; 7. Və ən nəhayət, qalib gələn foto: Ken Jensen, "Oy!".