Super User

Super User

Çərşənbə axşamı, 22 Oktyabr 2024 11:33

“Həyat ağlamaq qədər çətindir..."

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"Həyat ağlamaq qədər çətindir..."  Bəli, bəzən bəzi insanlar üçün ağlamaq eyni ilə yaşadıqları həyat qədər çətin olur. Şairin də dediyi kimi: "Təkcə gücsüzlüyündən yıxılmır atam balası, arada gücündən yıxılır adam."  

 

Bu gün sizlərə məktublarında "Kimsəyə salam söyləməyin", "Hamı yalançıdır"-, yazan, həyatdan nakam və küskün köçən 

Ərtoğrul Cavid haqqında danışmaq istəyirəm.

Şair-dramaturq, filoloq-alim, ədəbiyyatşunas, folklorşunas, musiqişunas, bəstəkar, tərcüməçi, rəssam - ilk dəfə onun haqqında, onun çoxcəhətli fəaliyyəti haqqında oxuyanda çox heyrətlənmişdim. Yuxarıda sadaladığım bu fəaliyyətlər sanki 24 deyil də, 60-70 yaşlı bir insana aiddir elə deyilmi?

Lakin bir çox insanın 60-70 illik ömürdə belə edə bilmədiklərini o, sadəcə 24 illik qısacıq ömrünə sığdıra bilmişdi.

Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olmuşdur.

Tələbə ikən təhsil və mütaliə ilə yanaşı o, çoxlu araşdırmalar aparmış, tərcümələr etmiş, bədii əsərlər yazmış və rəsmlər çəkmişdi.

Xalq artisti Bülbülün rəhbərlik etdiyi xalq musiqisinin tədqiqatı ilə məşğul olan Musiqi Elmi Tədqiqat Kabinetində çalışmış, 50-dən artıq folklor nümunəsinə elmi rəy yazmış, bəzi el sənətkarlarının dilindən çoxlu şeir nümunəsini, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya almış, çoxlu xalq musiqi örnəklərini -  "Dağlarda çiçək”, “Uca dağlar”, “Sona bülbüllər”, “Ceyran bala” kimi məşhur xalq mahnılarını isə nota almışdır. Dünya və rus klassik bəstəkarlarının mətnlərinin tərcüməsini etmişdir. 

Ərtoğrul Cavid həmçinin 200-dən artıq el havasını və xalq mahnısını da toplayıb çapa hazırlayıbmış. Lakin onlar işıq üzü görməyib. Məlum məsələdir ki, xalq düşmənin oğlu olduğu üçün Ərtoğrulun adı çap materiallarından bilərək çıxarılmış, unudulmuşdur. 

O, M.Dilbazinin “Layla”, N.Rəfibəylinin “Eşq olsun” şeirlərinə musiqi bəstələmişdir. 

Ərtoğrulun ilk böyük əsəri fortepiano üçün yazılmış “Doqquz variasiya” olmuşdur ki, bunu da o, müəllimi Üzeyir Hacıbəyova ithaf etmişdi. 

Onun əsərləri içərisində Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Türkmən xalq şairi Kəminənin “Leylanın vəsfi”, Tahir Rasizadənin "Səninlə olaydım" şeirinə yazdığı romanslar da mövcuddur.

Hətta Ərtoğrulun günümüzə qədər gəlib çıxmış 4-5 dəqiqədən ibarət bir səs yazısı da var ki, o bu yazıda "Leylanın vəsfi, sözləri Türkmən xalq şairi Kəminənindir. Musiqisi Ərtoğrul, çalır Ərtoğrul"-, söyləyərək çalmağa başlayır və bu ifasını səs yazma cihazı vasitəsi ilə vala yazır.

 

https://youtu.be/C8o76KMbxFs?si=AjUhvHXtyj3uxIOC

 

Qeyd etdiyim linkə keçid edərək siz həmin səs yazısını dinləyə bilərsiz.

Ərtoğrul məharətini sadəcə musiqidə deyil, rəssamlıq və ədəbiiyyatda da danışdırmış, "Ağlayan uşaq", "Spripkaçı", "Qızılgül", "Mələklər", "Atlı", "Antik heykəl", "Bethoven" adlı rəsm əsərləri çəkmiş, "Eqoistin taleyi" adlı pyes və “Bahar”, “Borjom”, “Gövərçinin naləsi”, “Sönük həyat”, “Dalğa”, “Ay”, “Qalibiyyət nəğməsi”, “İspan qadının dilindən layla”, “Sənsən” kim  bir çox şeir qələmə almışdır.

"Hüseyn Cavid" mükafatı laureatı, tənqidçi, publisist Azər Turanın sözlərinə görə Ərtoğrul Cavid sərbəst şeirin ilk örnəklərini yaratmış, kinossenari və balet librettosu da yazmışdır. 

O, eyni zamanda çox gözəl şahmat da oynayırmış və şahmat oynayarkən partiyalarının belə hamısını qeydə alırmış. 

Ərtoğrul Cavid 1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağırılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən  cərimə (fəhlə) batalyonuna işləməyə göndərilmişdi. Orada ağır işlərdə çalışdırıldığına görə ağciyər xəstəliyinə - vərəmə yoluxan Ərtoğrul Cavid bir müddət xəstəxanada müalicə almışdır.

Hospitalda müalicə aldığı günlərdə sadəcə anası bir dəfə çətinliklə də olsa onun yanına gedə bilir. 

Ərtoğrul bu dövrdə ailəsinə və sevimli müəllimləri Bülbül və Üzeyir bəyə yazdığı məktublarda küskünlük dolu sətirlər qələmə almışdır.

Bu məktublarda o, gəlib onu aparmadıqları üçün qohumlarından şikayətlənir, Üzeyir bəyə yazdığı məktubda anası Mişkinaz xanım və bacısı Turan Caviddən nigaran olduğunu söyləyir. Üzeyir bəydən onları işə düzəltməsini istəyir. 

Bülbülə ünvanladığı məktublardan birinin mətni belədir:

"Hörmətli Bülbül dayı, salamlar. Bir ədib söyləmiş: "Həyat insanlardan da insafsızdır"-, doğrudan da belə imiş. Tale məni elə bir dərdə saldı ki, bütün planlarım, arzularım alt- üst oldu. Qarşıdakı əsas məsələ möhkəm yemək, təmiz hava udmaq  və dincəlməkdir. Bəlkə kiçicik ömrümə bir neçə gün əlavə edə bildim. Vəziyyətim çox da yüngül deyil. Aprel ayının 7-dən başlıyaraq ta 18-nə qədər sinəmdən qan gəldi. Qızdırmam səhərlər 38-dən aşağı enmir. Gecə isə 40-a qədər qalxır. Lazımi davacat və yeməyin olmaması işləri daha da ağırlaşdırır. Son dərəcə zəifəm, yerimdə otura bilmirəm. Doktur yazmağa yol vermir, məktubu gizli uzandığım halda yazıram. Vəziyyətin bu qədər ağırlığına baxmayaraq gizli bir mənbə daima mənə qüvvət verir. Məni yaşadan bu qüvvə sarsılmaz iradə və möhkəm inamdır. Mən öz məqsədimə, idealıma çatacam, bu musiqidir. Anam salamat gəlib çatdı, Üzeyir bəyin sizin və konservatoriyanın mənə yardım elədiklərini söyləyincə gözlərim yaşardı. Demək, mən xatirələrdə yaşayıram. Yardımınıza görə çoxlu-çoxlu təşəkkürlər edirəm. Sağlıq olsun, heç bir yaxşılıq əvəzsiz qalmır. Mənim indiki planım Naxçıvana getməkdir. Orda hər şey var, nənəmlə qonşu kəndlərə gedəcəyəm. Əgər səhhətim imkan versə kabineti maraqlandıran materiallar toplayacam. Yanımda xeyli not və yazı kağızı var. Artıq yazacaq bir şey yoxdur. Eliyə bilsəz cavab yazın. Yardımınıza görə yenə dönə-dönə təşəkkür edirəm. Məndən hamıya kabinetin əməkdaşlarına müəllimlərinə, xatırlayanların hamısına salamlar, əllərinizi sıxıram. Sizin Ərtoğrul Cavid." 26 aprel 1943-cü il.  

 

Bacısı Turan Cavidə göndərdiyi məktublarda isə o, belə yazırdı:

"Əziz bacım Turan... Məni ən çox düşündürən səni əhatə edən mühitdir - yoldaşların, sənin xarakter inkişafındır. Hər addımda çox ehtiyatlı ol, hamı yalançıdır. Qardaşın Ərtoğrull"  

 

"Turan!.. Çalış familəmizin saflığını, ucalığını qoru. Möhkəm ol - qırıl, lakin əyilmə: yaxşı olar ki, çalış kimsə yaxın durmasın. Mümkün qədər kənar, ciddi, soyuqqanlı. Ərtoğrul"  

 

"Qohumlarımdan məktub almadığım üçün məni heç yerə buraxmırlar, deyirlər yalan söyləyirsən, qohumun olsa, yanına gələr, heç olmasa məktub yazar. Doğru da deyirlər... Nə olacağını özüm də bilmirəm. Bir adam dalımca gəlsəydi, dərhal buraxardılar, təəssüf ki, heç cavab da yazmırlar".  

 

"Əgər Naxçıvandakılar vaxtında yemək yardımı göstərsəydi, çoxdan ayağa qalxmışdım".  

 

"Əgər bir qohum mənim buraxılmağımı, daha doğrusu, komissiyadan keçməmi tələb etsəydi, günlərlə burada qalsaydı, əlləşsəydi, düzələrdi. Eyb etməz, özüm düzəldərəm".  

 

"Kimsəyə salam söyləməyin..." 

 

Tərxis olunmağı bir müddət ləngidilən Ərtoğrul Cavid 1943-cü ilin sentyabrında, nəhayət  ordudan tərxis edilib Əziz Şərifin vasitəçiliyi ilə Naxçıvana gətirilir.

Gənc dahi 14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir və  Hüseyn Cavidin Naxçıvandakı  məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yana  dəfn olunmuşdur.

Məktublarında "Kimsəyə salam söyləməyin", "Hamı yalançıdır"-, yazan həyatdan nakam və küskün köçən  Ərtoğrulun gördüyü bir çox işlər, yazdığı əlyazmalar təəssüfki yarım qalmışdır. 

Lakin o sadəcə tələbəlik dövründə belə musiqi, ədəbiyyat və rəssamlıq sahəsində yaratdığı bir çox gözəl əsərlər və qısa olsa da şərəfli və nümunəvi həyat yolu ilə daim bu xalqın gənclərinə örnək olacaqdır. 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli  112s saylı sərəncamı ilə Ərtoğrul Cavidin Hüseyn Cavidin Bakı şəhərindəki Ev Muzeyində saxlanan elmi tədqiqatlarından və fundamental araşdırmalarından ibarət olan materialları toplanaraq qeyd edək ki, Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid adı altında 13 cilldə nəşr olunmuşdur.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert proqramı baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, gecədə Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbər və dirijorluğu ilə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samirə Hacıyeva, Zaminə Mustafayeva, Samir Məmmədov, Azər Verdiyev, Xəyal Əliyev bəstəkarın "Arazım", "İlk sevgi", "Qızlar bulağı", "Dedi tələsmə", "Küsüb məndən", "Doğma diyarım", "Həyat söylə sən kiminsən", "Bir könül sındırmışam", "Azərbaycan dünyam mənim"  mahnılarını səsləndiriblər. 

Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

 

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Baxçamızda xarı gül,

Yarı bülbül, yarı gül.

Tez açılıb, tez soldun,

Solmayaydın, barı gül...

 

Aygün aprelin 16-sı səhər yuxudan ayılıb baxçaya çıxdı. Axşam kiçik oğlu Süleymanın 11 yaşı tamam olmuşdu. Şəhid olmuş həyat yoldaşı Babəkin atası və anası tort da alıb gətirmişdilər. Babaları-nənələri başına yığılıb doğum gününü qeyd etdilər uşağın. Hamı var idi, təkcə Babək yox idi. Onsuz da gecəni səhərə qədər gözlərinə yuxu getmədi gəlinin. Aranı-dağa, dağı arana aşırdı. Babəkin bu qapıdan əlində çiçək dəstələri ilə girdiyi günlər  gözlərinin önündən kino lenti kimi keçdi. Bu gün isə Babəkin şəhid olduğundan düz 6 ay keçirdi. Bir azca bağçada gəzişdi. Bu sərin yaz səhərində birdən gözü nar ağacının altındakı üzü günəşə boy vermiş bir tək çiçəyə sataşdı. Yaxın gəldi... Diqqətlə baxdı... Elə bil ki, canından üşütmə keçdi... Anasını çağırdı. “Ay ana, ay ana, bura gəl, baxçamızda Xarı bülbül” gülü bitib.”.

Anası Nadiyə qızının səsinə həyətə endi. Diqqətlə baxıb, güldən bir şey anlamadı. Dedi ki, ay qızım, mən xarıbülbül gülü tanımıram axı...

-Ay ana, dağlarda, Şuşada, Şamaxıda bitən güldür də...  Şəhidlərimizin şərəfinə onu indi ulduz edib sinəmizə taxırıq...

-Həəə, ay qızım, ay Aygün, Qaraşəhər hara, belə gül hara? Axı, deyirlər, o Qarabağda bitir...

-Ay ana, bu gün Babəkin şəhid olmasının 6 ayıdır. Axşam da Süleymanın 11 yaşı idi.  Bu Babəkdir, aprelin 4-də ad günümdə mənə gül gətirmədi, indi uğrunda şəhid olduqları Şuşanın gülünü mənə göndərib. Ana, vallah, bu Babəkdir, - deyib, gözlərinin yaşını tökdü Aygün... Yerə çöküb torpağın qoynundan baş qaldıran Xarı bulbul çiçəyini sevib-oxşadı, ağladı…

Nadiyə yenə əl-ayağa düşüb qızını sakitləşdirməyə çalışdı...  Babək  şəhid olandan belə idi günləri, ayları...

Uşaqlar dərsdən gələndən sonra çiçəyi onlara da göstərdi Aygün. Uşaqlar da bu çiçəyin ataları Babək olduğuna inandılar. Çiçək solana qədər onun başına dolandılar, qorudular.

Günlərin bir günü Süleyman ağlamsınaraq böyük qardaşı Ramaldana dedi ki, qaqa, gülümüz soldu, ata daha gəlməyəcək?! Ramaldan qardaşının boynunu qucaqlayıb: “Yox, Süleyman, elə demə, gələn yazda yenə gələcək…” - dedi.

 “Eh mən istəyirəm ki, tez gəlsin. Yadındadır, evimizə göydən hörümçək enəndə, nənə deyirdi ki, atanız harada olsa, bu gün gələcək… İndi heç evimizə hörümçək də gəlmir…”, - söylədi Süleyman.

İndi mehrini nişanələrə, əlamətlərə salmışdı Aygün və övladları...  Gördükləri yuxularında, göydə buludların hərəkətində, pəncərələrinə qonan  bir quşun nəğməsində, tavandan sallanan hörümçəyin tor yolunda Babəki axtarırdılar...

Evləndikdən sonra Aygün də gənc həyat yoldaşına qoşulub Naxçıvanda, Pirəkəşküldə, Murovda, Tovuzda, Gəncədə əsgər oldu. Babək Ramaldanov bayramlarda, doğum günlərində xidmət etdiyi bölgələrin dağından-yamacından çiçək dəstələri bağlayıb sevgilisinə hədiyyə etdi. Aygün üçün bu çiçəklər brend dükanlarda satılan çiçəklərdən daha əziz, daha qiymətli idi.

Taylı-tayını tapanda, ulduzları barışanda  cütlüklər xoşbəxt olurlar. Aygün və Babək gözütox, görüb-götürmüş ailələrdə böyümüşdülər. Varlı-dövlətli deyildilər. Sovet şinelindən çıxan hər iki ailə - Ramaldanovlar və  Rəfiyevlər ailəsi Qaraşəhərdəki məhəllədə qonşuluqda yaşayırdılar. Uşaqlar da Milli Qəhrəman Tahir Bağırov adına 59 saylı məktəbə gedirdilər. Bu məktəbdə Aygünün də, Babəkin də ata-anası oxumuşdular.  Öz halal zəhmətləri ilə ocaq qurub, ev tikib, həyətlərini, yurdarını abad etmişdilər. Heç vaxt şəhərin bu hissəsindən mərkəzə getmək arzusunda olmamışdılar. Yaşadıqları məhəllə Qarabağ döyüşlərinin Milli Qəhrəmanı Kazımağa Kərimovun adını daşıyırdı.

Ailələrin oxşar cəhətinin biri də o idi ki, uşaqların hamısı dərslərində davamiyyətli və intizamlı idilər. Ramaldanovların ailəsindən Babəkin və Raufun, Rəfiyevlər  ailəsindən Aygünün və qardaşının şəkilləri həmişə şərəf lövhəsində olardı. Babək Aygündən 3 yaş böyük idi. Aygünün Babəklə bir gizli rəqabəti var idi. Elə ki, Babək hansısa olimpiada və ya dərs yarışmasında qalib gəlirdi, Aygün ondan arxaya qalmaq istəmirdi. Baxmayaraq ki, sinif və yaş fərqləri var idi, Aygünə elə gəlirdi ki, Babək ancaq onun uğurlarına şərik olmaq, ondan qabağa keçmək istəyir... 9-cu sinfə keçəndə Babək sənədlərini C.Naxçivanski adına hərbi liseyə verdi. Aygün bu xəbərdən çox sevindi. Ona görə sevinirdi ki, indi  məktəbin şərəf lövhəsində birinci onun şəkli olacaqdı. Beləcə məktəbi bitirdilər. Aygün Azərbaycan Dillər Universitetinin ingilis filologiyası fakultəsinə qəbul olub, təhsil ocağının magistr pilləsini 2007-ci ildə fərqlənmə diplomu ilə bitirdi.  Babək isə  təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam etdirdi. Bir növ, ailə  dinastiyasına sadiq qaldı. Yaxın qohumları Şair Ramaldanov, İsmayıl Ramaldanov, Elman Ramaldanov da peşəkar və adlı-sanlı hərbçi idilər. Bundan başqa, Ramaldanovlar nəslində 15-dən artıq hərbi təhsilli qohum-əqraba var idi. Onların hər biri Qarabağ döyüşlərində yaxından iştirak etmişdi, aralarında polkovnik rütbəsində korpus komandiri vəzifəsinə qədər yüksəlmişi də var idi.

Babək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 2003-cü ildə fərqlənmə ilə bitirdi. Hərbi xidmət yerləri isə ən çətin mövqelərə düşdü. Hər dəfə onu ağır və çətin şəraitdə xidmətə təyin edəndə, əhvalı korlanmırdı. Hətta atası Meyvəddin kişi narahat olaraq oğlunun təyinat yerinin dəyişilməsini istəsə də,  Babək belə fikirləşirdi ki, əsil hərbçi üçün yüngül döyüş şəraiti, xidmət şəraiti ola bilməz. Elə ona görə də 1991-ci ildən düşmən ermənilərlə gecə-gündüz üzbəüz dayanan Naxçıvan Muxtar Respbilkasında xidməti də özünə şərəf saydı. 2004-cü ildən 2014-cü ilə qədər burada,  2015-2017-ci illərdə Sumqayıt və Pirəküşküldəki hərbi xidmətlərdə zabit şərəfinə sadiq qalaraq çalışdı. 2017-2019-cu ildə isə Rusiya Federasiyasının Frunze adına  Ali Ümumqoşun Akademiyasında ikiillik ali hərbi kursu keçdi. Böyük dayısı Şair Ramaldanov da  hələ sovet dönəmində burada təhsil almışdı. Rusiya Federasiyasının Frunze adına Hərbi akademiyasını uğurla bitirib, geri dönəndən sonra, o artıq polkovnik-leytenant rütbəsinə layiq görülmüşdü.  2019-cu ilin sentyabrından onu Tovuz qarnizonunda briqadanın qərargah rəisi  təyin etdilər.

Bu ərazidə xidmət edəndə Şəmkir Korpusunun qərargah rəisi general-mayor Polad Həşimov onun rəhbəri olduğu briqada qərərgahnı yoxlamaya gəlir. Şəxsi heyət ilə görüşdə Babək Ramaldanov  generalın qarşısında  çox məsuliyyətli və hərtərəfli  məruzə edir. General Polad Həşimov üzünü ona tutub: “Cənab Ramaldanov, mən çoxdandır ki, belə zabit məruzəsi eşitmirəm. Çox razı qaldım, həzz aldım. Sən işləyən adamsan. Sənin parlaq gələcəyin var”- deyir. Şəxsi heyətin qarşısında  əməyinə verilən dəyərdən çox sevinir Babək. Bunu ətrafdakılara büruzə verməsə də, ürəyində qürur hissi keçirir.

 ***

Vətənin torpaqlarının azad olunması üçün səfərbərlik elan edildikdən sonra Gəncə Qarnizonu da şəxsi heyət ilə döyüş hazırlığına başladı. Taborlar müdafiə zonasına göndərildi. Mühariə başlayanda polkovnik Babək Ramaldanov öz şəxsi heyəti ilə Murov istiqamətində yerləşmişdi. Oktyabrın 8-də arxa cəbhəyə qayıtmaq barədə əmr gəldi.

Polkovnik- leytenant Babək Ramaldanov həyat yoldaşı Aygün  Rəfiyevaya zəng vurub bir-iki günlüyə Gəncəyə qayıdacağını dedi: “Aygün, mən gəlirəm Gəncəyə, oradakı qaldığımız evi təhvil verim, yəqin ki, müharibə bitəndən sonra burada qalmayacağam. Görüləsi işlərimiz çox olacaq”. Aygün sanki bu sözə bənd imiş kimi Babəkdən: “Babək, bəlkə mən də gəlim, evi yığışdırmağa sənə kömək edim?”- deyə soruşdu. Babək Aygünü sanki təzə tanıyırmış kimi : “Aygün , yəni gələrsən, işdən icazə verərlər?”- söylədi.

Sonra aralarında belə bir dialoq oldu:

-Babək, mən çalışacam ki, dərsdən icazə alım gəlim. 

-Aygün, deyirəm, bəlkə uşaqları da gətirəsən, görüşüm, sonra işim çox olacaq.

-Əlbəttə, gətirərəm.

Aygün sevincək yol tədarükünü görməyə başladı. Qaynanasına xəbər elədi. Xalidə xanım həmən oğluna zəng vurdu ki, özü də gəlmək istəyir. Babək dərhal anasına:  “Ay mama, yox, sən gəlmə, qoy uşaqlar gəlsin, siz oturun istirahət edin”- dedi.

9 oktyabr səhər çağı Aygün müəllimə məktəbə gedib, dərs-hissə müdirindən icazə aldı.  Qaynı Raufla və uşqlarla yola düşdülər. Ölkədə COVİD -19 virusuna görə Pandemiya elan olunduğundan, müharibə getdiyindən fövqəladə vəziyyət idi.  Axşam saat 9-a qədər Gəncəyə çatmasaydılar, geri qayıdacaqdılar.

Aygün yol boyu Babəklə keçirdikləri gözəl və çətin günləri gözlərinin önündən keçirirdi. Hadisələrlə zəngin bir ömür keçirmişdilər.

Aygün 2007-ci ildə Ali məktəbi bitirdikdən sonra qonşuları Babəklə nişanlandı. Onların bir-birinə nişanlanmasına Aygünün sinif yoldaşı, Babəkin kiçik qardaşı Rauf səbəbkar olmuşdu. Elə həmin il dekbarın 6-da toyları oldu. Toydan bir az keçmiş Naxçıvanda hərbi hissədə xidmət edən həyat yoldaşına hərb yolunda yoldaş oldu Aygün. Babəki yenə də Naxçıvan dağlarına, ən ağır və qarışıq sərhəd zastavasına göndərmişdilər. Axşam yatıb, səhər yuxudan duranda həyətdə, bağçada, pəncərəinin önündə avtomat gilizləri görərdilər. Düşmən hər vaxt buralara atırdı. Naxçıvanın Şada, Şahbuz kəndlərində yaşadılar. 2014-cü ilə qədər düz 7 il  Naxçıvanın düşmənlə üzbəüz hərbi hissələrinə yaxın kəndlərdə yaşadılar. Bu dağların qarını, sazağını gördülər. Gözəl xasiyyətli, qonaqpərvər naxçıvanlılarla dost oldular.

Ailədə, güzəranda çətinlikləri  yox idi.  Sistemin özündə çətin idi, işinə mane olanlar da tapılırdı. Lakin  hərbçilər arasında Polad Həşimov kimi, dayıları Şaiq Ramaldanov, İsmayıl Ramaldanov kimi peşəkarlar və kişi adamlar da yox deyildi. Çətinliklər yarananda, belə kişilər ona doğru yol göstərdilər.

Babəkin anası Xalidə xanım  çox ailəcanlı, evcanlı idi. Üçmərtəbəli evi iki oğlu arasında bölmüşdü.  Burada hər iki gəlini ilə xoş güzəran sürürdülər. 2017-ci ildən sonra Xalidə xanım Babəkin ayağını rayonlardan, bir növ, yığmışdı. Ana kimi tələb qoymuşdu ki, nəvələri gözünün qabağında görmək istəyir. Babək də anasının dediyinə razılaşıb, kirayə evlərdən yığışıb ata evində ocaq başına gəlmişdi.  Əslində indi bir az ürəyində rahatlanmışdı da. Çünki özü ön xətdə, hərbi hissələrdə olanda, daha evdən narahat qalmırdı. Bilirdi ki, atası və anası, qardaşı Rauf ailəsinin yanındadır.

2017-2019-cu illəri isə Babək Rusiya Federasiyasının Frunze adına Ali Ümumqoşun Akademiyasında oxumaqla keçirdi. 2 il ərzində çox uğur qazandı. Akademiyada Azərbaycanın Ordu tarixində ilk Qızıl medal alan azərbaycanlı oldu. İkiillik təhsilini başa vurub qayıtdıqdan həmən sonra polkovnik-leytenant Babək Ramaldanov Tovuzdakı N saylı hərbi hissədə qərərgah rəisi, motoatıcı briqada komandirinin müavini təyin edildi. Heç 6 ay keçməmiş general-leytenant Polad Həşimov onu Gəncəyə göndərdi.

Polad Həşimov və onun yanındakı hərbçilər şəhid olanda Babək Ramaldanov komandirinin dəfnində iştirak etməyə icazə verilmədiyindən çox böyük sarsıntı keçirmişdi. Beləcə, o qədər ağrı-acılar, incikliklər yığırdı ki, ürəyinə. Dəyərli, vətnpərvər hərbçi dostları incidiləndə, elə bilirdi ki, həmin daş elə öz ayağına dəyib. Aprel döyüşlərindən sonra nə qədər hərbçi Orduda baş alıb gedən  qərəzə görə, ərizə yazıb, ordunu tərk etmişdilər. Bütün bu gördüklərinə baxmayaraq, Ramaldanov öz ailə dinastiyasına sadiq qalaraq, sona kimi Orduda xidmət edəcəyinə söz vermişdi. Çünki o hərblə nəfəs alırdı. Gnereal Polad Haşımov onu Tovuzdan Gəncəyə  nizam-intizam yaratmaq, sənədləşmə işlərini qaydaya salmaq üçün göndərmişdi. Lakin Tovuzdakı hərbi hissədən ayrılmaq  ürəyindən deyildi. Çünki o özünü ancaq  döyüş mövqelərində, rahat hiss edirdi. Hər bir əsgərə öyrədəcəyi o qədər elmi və  təcrübi bilikləri var idi ki...

  ***

...Nə yaxşı ki, axşam saat 9 olar-olmaz onlar Gəncəyə çatdılar. Şəhərdə boşluq idi. Bir neçə gün bundan əvvəl, oktyabrın 5-də gecə insanlar yatan vaxt ermənilər şəhərə raket atmışdılar. Nəticədə böyük bir məhəllə yerlə -yeksan olmuş, nə qədər dinc sakin həlak olmuşdu. Şəhərdəki görüntülər lap müharibə kinolarını, Leninqrad blokadasını xatırladırdı. Gəncənin içərisindən, geniş yollarından hərbi maşınlar o baş-bu başa şütüyürdülər.

Aygün, uşaqlar və Rauf mənzilə daxil oldular. Babək hələ gəlməmişdi. Oturub Babəki gözlədilər. Babək  çox gec gəldi. Doğmalarını görəndə üz-gözündə işıq yandı elə bil. Kiçik qardaşı Rauf bu dəfə də Babəki qucaqlayanda ağladı. Həmişə belə olurdu. Rauf daim Babəki uzaq səfərlərə yola salıb, uzaq səfərlərdən də qarşılamışdı. Lakin nə sirr idisə, nə zaman qardaşını görsə, onu qucaqlayanda gözləri yaşarır, ağlayırdı. Elə bil ki, hər zaman darıxırdı qardaşı üçün.

Aygün süfrə tədürükünü gördü. Xalidə xanımın bişirdiyi ləziz yməkləri süfrəyə düzdü. Yeyib-içdilər. Babək özünü sakit göstərməyə çalışırdı. Qardaşı ondan döyüşün necə getdiyini soruşanda: “Rauf, biz bir neçə günə döyüşü qələbə ilə qurtaracağıq, itkilərimiz də var, bunsuz olmur, lakin hər qarış torpaq alınanda çox sevinirik... Bu başqa döyüşdür. Cənab Ali Baş Komandan elə tryuklar edir ki... Döyüşü özü idarə edir. Bütün xəritəni əzbər bilir. Hansı kənddə hansı bulağın olmasından da xəbəri var. Uşaqlarımı sənə tapşırıram. Müharibədir, gedib də, dönməmək var...”- deyə cavab verdi. Rauf yenə uşaq kimi gözlərinin yaşını tökməyə başladı. Babək əlini onun kürəyinə vurub: “Ay qardaş, biz Ramaldanovlar döyüşlərdən həmişə salamat çıxmışıq. Dayılarımız yazan tarixdən yazırıq. Hələ , lap irəli də gedirik! Sözdü də dedim, mənə heç nə olan deyil. Mən hələ yeni alınmış torpaqlarımızda korpus komandiri olacam. ..”.- dedi.

Aygünün isə bu söhbətlərdən xəbəri yox idi. Evin əşyalarını yığışdırırdı. Bir mənzildən digərinə köçməyə öyrəşmişdilər. Bu gənc ər-arvad üçün mebelləri söküb yığmaq, yol tədürükü görmək oyuncaq evcik yığmaq qədər asan idi. Ailə qurduqları ilk gündən bəri, bəzən elə olurdu ki, 3-4 aydan bir yaşayış yerini dəyişirdilər.

Həmin gecə Babək böyük oğlu Ramaldanı qucaqlayıb bağrına basdı, saçlarını qoxladı. Sonra soruşdu: “Ramaldan, sənin boyun ucalır aaa... Mənim kimi səni qucaqlayan varmı?”.

Ramaldan sualın mənasını dərindən anlamadı: “Həəəə, ata, baba-nənə həmişə məni qucaqlayırlar...” – dedi. Babək Ramaldanı əsgər kimi böyüdürdü. Lakin kiçiyi Süleymanın isə nazını çəkir, onunla saatlarla oynayırdı.  

Beləcə iki gün Gəncədə qaldılar. Oktyabrın 11-i Babək döyüş bölgəsinə qayıtmalı idi.  Bu iki gün ərzində tabeçiliyində olan briqadanın və korpusun sənəd işlərini  qaydaya saldı, verilən təlimatları və tapşırıqları yerinə yetirdi. Öz işində o qədər dəqiq idi ki, onun hazırladığı sənədlərdə qeyri-müəyyənlik ola bilməzdi. 

10 oktyabrda Aygünə zəng vurub dedi ki, bu axşam şam yeməyini restoranda edəcəklər. Axşam yığışıb Gəncənin restoranlarından birinə getdilər. Restoranın işçi heyəti yüksək rütbəli zabitin ilin-günün bu vaxtında restorana gəlməsindən təəccübləndi də... Çünki Gəncədə həyat sönmüşdü. Pandemiya, müharibə, döyüş əhval-ruhiyyəsi hökmran olduğundan, kimsə istirahətə gəlmirdi.  Babək isə, özü bu fürsətdən yararlanmaq istəyirdi. İstəyirdi ki, uşaqları ilə çox vaxt keçirsin. Çünki ölümün, qan-qadanın içərisindən gəlmişdi. Gözünün qarşısında nə qədər tanıdığı və tanımadığı oğulların şəhid olmasını görmüşdü. Sabah yenə qızğın döyüş xəttinə qayıdacaqdı. Sanki ailəsinin, qardaşının, uşaqlarının şəkillərini gözlərinə yığırdı.`

Çox gözəl bir axşam keçirdilər. Evə qayıdıb gələndə uşaqlar o qədər yorğun idi ki, bu dəfə Aygünün onlara “gedin yatın” deməsinə ehtiyac qalmadı. Özləri gedib yatağa uzandılar. Gecənin bir aləmində güclü partlayış səsi eşidildi. Aygün  hövlanak yerindən atıldı. Gördü ki, Babək kiminləsə telefonla danışır. “Hə... bildim, köhnə dəyirman tərəfə atdılar...”- dediyini eşitdi. Ərindən nə baş verdiyini soruşdu. Babək dedi ki, narahat olma, bura atmayıblar, Gorana atıblar, səsi bura gəlib. Aygün uşaqlar yatan otağa keçdi. Dünyadan xəbərsiz onlar mışıl-mışıl yatırdılar.

Səhər Aygüngil yol tədarüklərini görüb, üzü Bakıya yol tutdular. Gəncədəki binaların əksəriyyətinin pəncərələri axşam atılan raket zərbəsinin həmləsindən  sınıq-sınıq idi. Aygün indi bildi ki, gecə Babək ona yalan deyib. Şəhərin başının üstündə elə bil ki, vahimə var idi...

11 oktyabrda Babək ailəsindən və sevdiklərindən ayrılıb  üzü cəbhəyə yola düşdü...

Oktyabrın 10-dan 11-nə keçən gecə  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin Hadrut və Cəbrayıl  istiqamətlərində hücuma keçməyə cəhd göstərmişdilər. Azərbaycan Ordusu düşmən həmləsini dəf edərkən, qaraşı tərəfin  xeyli sayda canlı qüvvə, 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 habuitsası,  sursatla dolu 5 yük maşını, 11 avtomobil texnikası, 3 ədəd Qrad qurğusu, 5 ədəd “Qvozdika” özüyeriyən haubitsasını məhv etmişdi.

Polkovnik-leytenant Babək Ramaldanov həm də cəbhə boyu xəbərləri izləyirdi. Yeni xəbərləri əsgərlərinə danışıb, onları döyüşə ruhlandırırdı. Növbəti günlərdə Babək Ramaldanov komandiri olduğu şəxsi heyət ilə gəlib Cəbrayıla qədər çıxdı. Bu müharibədə onun nəslindən olan 15-ə nəfər yaxın-uzaq qohumlar döyüşdə idilər. Smart telefonlarla əlaqə qurulmasına icazə verilmədiyindən, olduğu mövqelərdə təhlükəsizlik qaydalarına riayət etdiyindən, Babək ancaq adi telefon işlədirdi. Tez-tez dayısı oğlu Əmirbəy Ramaldanovla əlaqə yarada bilirdi. 

İkinci dəfə döyüşə Füzuli istiqamətindən girmişdi. Yenə bir təpənin başına çıxıb, Əmirbəyi axtardı. Binoklla ətrafı seyr edirdi. Birdən qabaqda gedən dayısı oğlunu tanıdı. Gəlib qəflətən Əmirbəy Ramaldanovun dayandığı mövqeyə çatdı. Əmirbəy bibisi oğlunu qəfil yanında gördüyündən çox sevindi. İki qardaş bir-biri ilə öpüşüb- sevindilər. Döyüşdə, qan-qadanın içərisində doğma adamını görməyin başqa ləzzəti var. Əmirbəy Ramaldanov Sülhməramlı Qüvvələrin Xüsusi Təyinatlı bölüyününün komandiri idi. Aralarında nə az, nə çox 14 il yaş fərqi var idi. Əmirbəyə çox vaxt uşaq kimi baxırdı Babək.

Əmirbəy bibisi oğluna dedi ki, indi dayandıqları yüksəkliyi bu gün öz briqadasının igidləri ilə alıb. Həmin yüksəkliyə bayrağı özü sancıb. Və Əmirbəyin aldığı bu yüksəklik arxadan gələn qüvvələrin irəliləməsində, bir çox yeni mövqelərin ələ keçirilməsində, üstəlik, nəzarət və müşahidə baxımından mühüm əhəmiyyət kəsb edib. Xəbərə Babək çox sevindi: “Beka (Əmirbəyi ailədə belə çağırırdılar), sən heç bilmirsən mən nə qədər sevinirəm. Səndən yaşlı və təcrübəli olsam da, sən  döyüşdə məndən əvvəl qələbə qazandın. Bu, bizim nəslin adına yazılan daha bir uğurdur. Əmimiz Şaiq Ramaldanov da 1992-ci ildə düşməndən torpağımızı geri almışdı. Sən də belə etdin.”

Daha sonra Əmirbəy düşmənin canlı qüvvəsinin düzlərdə qalan meyitlərini, həm də onlardan götürdüyü qənimətləri göstərdi Babəkə. Babək də Murovda, Füzilidə  27 sentyabrdan bu günə qədər keçdiyi döyüş yollarında gördüklərindən, ələ keçirdiyi qənimətlərdən danışdı. Həmin axşamı bir yerdə keçirdilər. Bölüyün əsgərləri ilə qənimət kimi ələ keçirdikləri yeməklərdən yeyib, sulardan içdillər.  Hətta Babək zaraftaca Əmirbəyə dedi ki, bunların özləri pis olsalar da turşuları, mürəbbələri qəşəng olur, müharibə qurtarandan sonra aparasan Bakıya. Hə, Babəkin hərdən belə zarafatları var idi.

16-sı səhər o başdan Ramaldanov qardaşları hərəsi öz bölükləri ilə onlara verilən koordinatlar üzrə ayrı-ayrılıqda irəliləməyə başladılar.

Polkovnik leytenant Babək Ramaldanov motoatıcı dviziyanın komandiri kimi, öz işini yaxşı bilirdi. İndi yolu Cəbrayılın Havuslu kəndi tərəfə idi. Sonra Dağ Tumasa gedəcəkdilər. Ötən 30 il ərzində ermənilər bu yollarda xeyli xəndəklər qazmışdılar. Ancaq bəzi vaxt düşmən  atəşindən yayınmaq üçün bu  xəndəklər köməyə çatırdı. Hava tez-tez dəyişirdi.

Havuslu kəndinin alınmasında tabelyində olan igidlər xüsusi qəhrəmanlıq ğöstərdilər. Düşmənin xeyli texnikasını, ərzaq qənimətini ələ keçirdilər. Babək Ramaldanov öz işində ayıq hərbçi idi. Yanındakı yoldaşlara dedi ki, biz buranı aldıq, mən indi diqqətlə nəzərdən keçirdim, qarşıda düşmənin deyəsən canlı qüvvəsi qalıb. Gedib onların içərisindəki sağları, lazım olanları ələ keçirməliyik. Yanındakı zabitlərdən kimsə kəşfiyyat məqsədi ilə əsgərləri göndərməsini təklif etdi. Babək isə razı olmadı. Beləcə, yanında 4 nəfərlə irəli atıldı. Deyəsən, zənnində yanılmamışdı. Burada düşmənin xeyli canlı qüvvəsi var idi. Azərbaycan əsgərlərini qəfil başlarının üstündə görən ermənilər əvvəlcə atəş açdılar, amma Ramaldanovla gələn qrup onları məhv etdi. Burada xeyli sənəd var idi. Ramaldanovgil ermənilərin maşınına minib sürətlə həmin ərazidən uzaqlaşmaq fikrindəydilər. Komandir və dəstəsi  ermənilərin qənimət maşınlarına mindilər.  Sevinə-sevinə üzü dostlarına tərəf gəlib çatanda...

Düşmənin  uzaqdan atdığı tank əleyhinə mərmi maşının yanına düşdü.  Bir andaca güclü partlayış baş verdi. 500 metr kənarda olan hərbçilər bir az bundan əvvəl qəhrəmanlıq göstərən dostlarının  mərmi partlayışı nəticəsində göyə sovrulduğunu  gördülər...

 ***

Oğlunun şəhid xəbərini alan  ana - Xalidə Ramaldanova oğlunu  və o günləri belə xatırlayır:

-Bizim nəsildə sağlam kişi hərbçi olmalıdır.  Meyvəddinlə mən əminəvəsiyik. Hər ikimiz Ramaldanov nəslindənik. Qardaşlarım Şair Ramaldanov, İlham Ramaldanov, Elman Ramaldanov- hər biri Azərbaycan Odrusunun şərəfli zabitlərindəndirlər. “İgid oğul dayısına oxşayar”- deyiblər. Bizim də gənclərimiz hamısı əmi-dayı yolu ilə gedirlər. İlk dəfə Naxçıvanski hərbiyyə məktəbini Şair Ramaldanov bitirib. 1992-ci ildə düşməndən torpağı geri alan qəhrəmandır. 702 saylı korpusun komandiri kimi, uğurlu "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edib. Buna görə ümummilli liderimiz Heydər Əliyev onu özü şəxsən “Azərbaycan bayrağı” ordeni ilə mükafatlandırıb. Şairin ardınca Elman, İlham getdi. Sonra Vüqar, Telman, Nəriman, Babək, Əmirbəy hərb sənətini seçdilər. Birinci Qarabağ döyüşlərində də, indiki döyüşlərdə də bizim nəsil şəcərəmiz fərqləndi. Birinci müharibədə Şairlə Elman yaralandı. O vaxt şəhidimiz olmadı. Mən uşaqlarıma görə heç vaxt məktəbdə üzü qara olmadım. Həmişə alnım açıq, üzüm ağ oldu Babək öz adını Rusiyanın Frunze adına Hərbi Akademiyasının qızıl kitabına yazdı. Akademiyanı “Qızıl medal”la bitirdi. Babək 2017-ci ildə həmin akademiyaya göndəriş alanda çox sevinmişdi. Onun buradan getməyinə əvvəlcə maneçilik yaratmışdılar. Lakin özünün inadkarlığı və əzmkarlığı nəticəsində istəyinə nail oldu. Bu səbədən də  dərslərə bir az gec başlamışdı. İlk imtahanında 4 qiymət almışdı. Qiymət onu qane etmməmişdi. Əslində, fikirləşmək olar ki, nə var ki, gedib pis-yaxşı oxuyacaq da... Xeyir, mənim oğlum hərbi anda sözün həqiqi mənasında sadiq bir zabit idi. 4 qiyməti onu qane etmədiyindən Akademiyanın appelyasiya komissiyasına  ərizə yazsa da, bu, baxılmamış qalmışdı. Elə həmin günlərdə Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Moskvada Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə rəsmi görüşü var imiş. Babək nazirin yanndakı köməkçisini tapıb xahiş edir ki, onun yenidən imtahan verməsi üçün nazirimiz cənab Şoyqudan xahiş etsin. Və nə gözəl ki,  cənab Şoyqu da bu xahişi rədd etmir. Şoyqunun sözü ilə istisna kimi Akademiyanın tarixndə ilk dəfə Babək Ramaldanov yenidən imtahan verib, öz 5 qiymətini alır. Lakin  Akademiyanın rektoru ona bərk-bərk tapşırır ki, bu hadisəni yaymasın. Elə orada təhsil aldığı müddətdə Akademiyanın 100 illik yubiley medalına, dərslərdə göstərdiyi dəvamiyyətə və uğura görə isə Qızıl medala layiq görülür. İndi oğlumun adı Rusiyanın hərb tarixi muzeyindədir. Atasına deyirdi ki, ata, sevin, gör necə oğlun var, sənin adın Rusiyanın tarix muzeyindədir.Həmin təhsil ocağından Qızıl medal alan ilk Azərbaycan vətəndaşıdır Babək Meyvəddin oğlu Ramaldanov!”. Meyvəddin Moskvaya onu görməyə gedəndə Babək onu həmin tarix muzeyinə aparıb,  Azərbaycana aid olan hissədəki adını və soyadını atasına göstərmişdi.

Qadın davam edir:

-Hər gün, hər dəqiqə əllərimi Allaha açıb, bütün döyüşə gedənlər üçün dua edirdim. Deyirdim ki, ay Allah, hamının balası sağ-salamat qayıtsın, mənim balalarım da onların içərisində. 16 oktyabrda yoldaşımla dükandan gəlirdik. Telefonu zəng çaldı. Zəng edən qardaşım Şair idi. Nə dedisə, yoldaşım maşını saxlayıb, düşdü. Sonra rəngi qıpqırmızı qızarmış halda gəlib oturdu. Dedi, heç nə, Babəki xəbər alırdı, sizi soruşurdu. Evə gəlib yetişdik. Baxdım ki, kişi  heç gözümə yaxşı dəymir. Qışqırdım, nalə çəkib ağladım ki, mənə düzünü de görüm nə olub, nə baş verib? Bəlkə yaralanıb, bəlkə əsir düşüb balam?  Kişi başladı ağlamağa, dedi ki, Babək daha yoxdur!

Hıçqırır:

-Bilmirəm nə baş vermişdi. Bir neçə dəqiqə bundan əvvəlki qışqırıqlarımı, ah-naləmi boğdum içərimdə. Meyvəddinin ağlamağına sıxıldım. Onu heç vaxt ağlayan görməmişdim. Dedim ki, nə ağlayırsan?! Oğlun şəhid olub!!! Niyə ağlayırsan? Məgər tək şəhid olan Babəkdir? Gör nə qədər şəhidimiz var! Belə edirdim ki, kişini şokdan ayıldım. Bilmirən düz edirdim, ya yox, ancaq içərimdən bir səs mənə deyirdi ki, təmkinli ol! Elə bil ki, ikiləşmişdim. Aygün anasıgildə idi. Anası Nadiyəyə zəng vurub dedim ki, Babəkim şəhid olub. De ki, durub gəlsin. Mən Aygünə nə cavab verəcəm, mən gəlinimin üzünə necə baxacam? Heç 5 dəqiqə çəkməmiş Aygün və anası qapıda peyda oldu. Aygün haray çəkib ağlamaq istədi. Dedim, Aygün Babək heç vaxt qadının səsinin evdən çıxmasını istəməyib. Gələn-gedənlərin yanında özünü Babəkin adına layiq apar. Sonra özümüz oturub təklikdə ağlayarıq!

“Qara xəbərin ayağı yüyrək olur” deyirlər. Həmin gün Babəkin tabutunu gözlədilər. Gətirib çıxaran olmadı. Dedilər ki, vurulduğu ərazidən nəşini çıxarmaq mümkün deyil. Səhərisi günü dayıları getdi Babəki axtarmağa. Əslində tabut gəlməyəndə, ürəklərində bir ümid işığı yandı. Aygün də inanmışdı ki, harada olsa Babək gələcək. Çünki onlar ailə quranda belə söz verməmişdilər. Axı, 5 gün əvvəl Aygün ərindən yenidən görüşmək ümidi ilə deyə-gülə ayrılmışdı. Həmin anda Aygün evin yuxarı mərtəbəsinə çıxdı. Qaynanasının oturduğu ev gözünə olduğundan da böyük görünürdü. Özü öz  gözündə əriyirdi Aygün. Elə bil ki, balacalaşıb nöqtəyə dönmüşdü. Dayana bilməyi üçün bir dayaq nöqtəsi axtarırdı. Nöqtə-nöqtə balacalaşırdı Aygün.

Aygün deyir:

- Adətən mən şux geyinən deyiləm. 16 oktyabrda çox şux geyinib getdim işə. Evdəki qır-qızılımı da taxdım. Müəllimələr məni görüb, hərəsi bir xoş söz dedilər. Elə bil ki, gəzmirdim, uçurdum. Niyə elə idim, indi də anlaya bilmirəm. Uşaqlara gözaydınlığı verdim. Dedim ki, içərinizdə işğaldan azad olunmuş rayonların sakinləri vardır, indi siz qaçqın deyilsiniz. Axşamüstü Babək zəng vurdu. Dedi ki, yorğunam. İndi danışa bilmirəm. Sabah səninlə əlaqə saxlayacam. Mən də bilirdim ki, ağır yerdədir, odun- alovun içərisindədir. Hər dəqiqə narahat etmirdim. Uşaqları soruşdu. Bu bizim son danışığımız oldu... O gün bu gün, bir daha geyinib-bəzənmədim. Kefli və bəxtəvər günlərimdə geyindiyim paltarlarımdan imtina etdim. Baldızım mənə zəng vurub deyəndə ki, anam ağlayır, tez gəl, heç nə fikirləşmədən anamgildən 5 dəqiqə ərzində qaça-qaça özümü evə çatdırdım. Həmin axşam Xalidə xala anamı görəndə: “Ay şəhidin qaynanası... gəl, gəl görək başımıza haranın daşını salaq, oğlumu necə deyək, necə ağlayaq? Mən Aygünə nə deyim, Aygünün üzünə necə baxım?”- deyib ah-nalə etdi. Sonra özünü ələ aldı. Raufu çağırıb dedi ki, Babəkin balalarını yığ başına, atalarının şəhid olduğunu danış. Rauf da özünü itirmədi. Uşaqları digər otağa aparıb, onlara dedi ki, təkcə siz şəhid övladı deyilsiniz. 30 ildir ki, Azərbaycanda Şəhidlər xiyabanaları boy-boy çoxalıb. İndi sizin atanız bir qəhrəman adını daşıyır. Siz möhkəm olmalısınız!. Ona görə də yad adamların yanında ağlamayacaqsınız!

Aygün davam edir:

-Bir gün keçdi. Babəkin tabutunu gətirmədilər. Qaynanam dedi ki, üstünə ağ çəkilmiş güzgüləri açın, qara örpəkləri başınızdan açın. Mənim oğlum sağdır. Dayıları getdi onu axtarmağa. Şaiq dayı dedi ki, ya ölüsünü, ya da dirisini mütləq gətirəcəyəm. Xalidə xala inanmaq istəmirdi oğlunun ölməyinə. Deyirdi ki, görərsiniz, Babək özü qayıdacaq, gülüb deyəcək ki, mənim hesabımıza küçəmizi abadlaşdırdılar. Elman dayi ilə Şaiq dayı getdilər Füzuliyə. Özləri hadisə yerinə gedib şəhidlərin bədənlərinin qalan hissələrini tabuta yığıb gətirmişdilər. Bir ona sevinirdik ki, Babək əzab və ağrı çəkməyib. Heç ölümündən özünün də xəbəri olmayıb. Sadəcə, bir anın içərisində yox olub. Göylərə ucalıb.

- Qonaqlarımızı, gələn gedənizmizi yola verdik. Şəhidimizi el adəti ilə, hörmət –izzətlə dəfn elədik,- deyir Xalidə xanım. - O gün-bu gün gəlinimə dedim ki, Aygün, sən fikir eləmə, bu qismətdir, taledir, nə edə bilərik, oğlum öz sevdiyi işinin başında, qəhrəmanlıq göstərərək həlak olub. Sən bundan sonra həyatdan qorxma. Allaha yalvarıram ki, mənə elə bir ömür versin ki, Babəkimin balalarının toyunda  Aygünü tək qoymayım, o toyda qol götürüb, Babəkin yerinə də oynayım. Bilirsən niyə belə deyirəm, çünki Babək bizi görürür. Hiss edir. Nə qədər desəm də ki, dözürəm, dözmək olmur axı... Hər dəfə balaları gəlinimlə evdən içəri girəndə gözüm Babəki axtarır onların sırasında. Oturub hərdən ağlayıram. Belə olanda da yuxuma gəlir, incik görünür. O nə mənim, nə də gəlinimin göz yaşı axıtmasına razı olmazdı. Bir neçə vaxt gözlədim, gözlərimi yollardan yığa bilmədim. Bildim ki, atası Meyvəddin də əziyyət çəkir. Bir gün oturub onunla da söhbət elədim, dedim ki, kişi, bilirsən nə var, daha yığ gözlərini yollardan, Babək gələn deyil!!! Evin yuxarı başında Babəkin xalçada hörülmüş  portreti var. O başa gedirəm baxıram, bu başa gəlirəm baxıram.  Tumarlayıram, öprüəm... Neyləyim ki, əlimdən başqa nə gəlir ki...

 ***

Azərbaycan Ordusunun  Quru Qoşunları Korpusunun polkovnik leytenantı Babək Meyvəddin oğlu  Ramaldanov soyuna-kökünə, dinastiyasına sadiq oğul idi. Azərbaycan Ordusundakı 20 illik fəaliyyəti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrini 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı,"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalları ilə təltif edilib.

27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin uğrunda gedən döyüşlərdə  xüsusi qəhrəmanlıq göstərib.  O, II Fəxri Xiyabanda çox hörmət etdiyi  komandiri, general Polad Həşimovla eyni sırada dəfn edilib. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları,  "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Allah Babək Ramaldanova rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

 

 

Çərşənbə axşamı, 22 Oktyabr 2024 10:46

Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə dramaturq, şair və nasir Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib.

 

AzərTAC xəbər verir ki, festival mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının, eləcə də dram dərnəklərinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dərnəklərin fəaliyyətini dövrün tələblərinə uyğun qurulması məqsədilə təşkil olunub.

Festivalda 20 xalq teatrı iştirak edib. İlk seçim müsabiqəsi oktyabrın 19-da Şağan qəsəbə Mədəniyyət Mərkəzində, oktyabrın 20-də isə Mərdəkan Mədəniyyət Sarayında reallaşıb.

Nümayiş olunan tamaşalar münsiflər heyətinin üzvləri Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Əli Əmirli və Bəhram Osmanov tərəfindən rejissor işi, musiqi tərtibatı, bədii tərtibat, aktyor oyunu kriteriyaları üzrə dəyərləndirilərək qiymətləndirilib.

Qeyd edək ki, festivalın bağlanış və mükafatlandırma mərasimi oktyabrın 26-da Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Çərşənbə axşamı, 22 Oktyabr 2024 10:29

Aşqabadda TÜRKSOY-un mədəniyyət tədbirləri keçirilib

Türkmənistan paytaxtında TÜRKSOY-un II Beynəlxalq Teatr Festivalı çərçivəsində təşkilata üzv ölkələrin rəssamlarının əsərlərinin nümayiş etdirildiyi biennale olub. 

 

AzərTAC təşkilatın saytına istinadla xəbər verir ki, sərgidə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan rəssamlarının Türk dünyasının tarixini, adət-ənənələrini və qədim abidələrini əks etdirən tablolar nümayiş etdirilib. Ziyarətçilər üç gün ərzində türk ölkələrindən olan 21 rəssamın əsərləri ilə tanış olub, həmçinin fırça ustaları sərgi məkanında rəsmlər çəkiblər. 

Aşqabadda türk dövlətləri teatr kollektivlərinin iştirakı ilə başa çatan TÜRKSOY-un II Beynəlxalq Teatr Festivalı da əlamətdar hadisə olub. Bundan başqa, Türkmənistan paytaxtında keçirilən TÜRKSOY Yazıçılar Birliyinin toplantısında Türk dünyasının yazıçı və şairləri arasında əlaqələrin möhkəmləndirilməsi, habelə klassiklərin və müasir ədəbiyyat nümunələrinin çap olunması, görkəmli ədiblərin yubileylərinin keçirilməsi məsələləri müzakirə edilib. 

Toplantında çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev Türk dünyasının ədəbi irsinin qorunması və təbliğinin əhəmiyyətini vurğulayıb. O deyib: “Türk dünyasının ədəbiyyatı bizim ortaq tariximizin güzgüsü olmaqla yanaşı, həm də gələcəyimizin aynasıdır. Biz ədəbi irsimizin təbliğini müasir dünyanın tələblərinə uyğun şəkildə davam etdirməliyik”.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Beynəlxalq Muğam Mərkəzində gənc rəssam, dizayner, Bakı Mühəndislik Universitetinin dizayn kafedrasının müəllimi Aygün İlyasovanın “Oyanış” adlı fərdi yaradıcılıq sərgisi keçirilib. 

 

AzərTAC xəbər verir ki, sərgi rəssamın 30 illik yubiley və hesabat tədbiridir.

Tədbirdə realistik və abstrakt üslubda 30 əsər nümayiş olunub. Sərgini əks etdirən əsas rəmz Simurq quşudur. Simurq oyanmağın, yanıb yenidən doğulmağın, həyata daha mükəmməl formada davam etməyin simvoludur.

Gənc rəssam Aygün İlyasova çıxışında Simurqu nəfsindən arınmağın və insanın həqiqi mənliyinə çatmağın vəhdəti olaraq adlandırıb. “Hər birimizin daxilində bir Simurq yatır və bizim həyatda yaşadığımız çətin anlar o Simurqu oyatmağa xidmət edir. Oyanışı tez olan insan isə müdrik insandır”, - deyə rəssam əlavə edib.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq.

22 oktyabr. Ümumdünya pəltəklər günü

Deyirlər ki, Böyük Britaniyanın, Kanadanın, Avstraliyanın və Cənubi Afrikanın kralı olan VI Georq pəltək imiş, hələ 20-ci əsrin əvvəllərində nitq terapiyasının vacibliyindən bəhs edibmiş. Ümumdünya pəltəklər gününün təşəbbüskarlarının da məhz kanadalılar olması (Kanada Nitq Patalogiyası Cəmiyyəti) bəlkə elə bu hadisə ilə qaynaqlanır. Statistikaya görə, dünyada 3 milyon insan bu problemlə yaşayır. Bu patalogiyanın səbəbi isə hələ də elmə məlum deyil. Onu aradan götürmək üçünsə bir çox vasitələr vardır, loqopedik, psixoloji, psixoterapevtik, medikamentoz, fizioterapevtik və s. və i. Təəssüf ki, bu vasitələrin heç biri pəltəkliyi tam aradan götürə bilmir.

Bizdə tək kəkələyənə deyil, nitqi qüsurluyu da pəltək deyilir. Siyasətdə təmsil olunanlar arasında r hərfinə y deyənlər az olmayıb. Nazir, komitə sədrinin müavini, səfir, müxalifət lideri... Əlbəttə, fiziki qüsurdur deyə bunun üzərində dayanmayacağıq.

Pəltəklik bir fiziki qüsur olsa da lətifəqoşanlar ona da şəbədə qoşmaqdan vaz keçməyiblər, belə insanlar bir çox lətifələrin qəhrəmanlarına çevriliblər. Bu lətifələrdən birini lap uşaqkən eşitmişəm. Dörd nəfər ağır pianonu liftsiz binanın 9-cu mərtəbəsinə qaldırır, biri pəltək olur, yol boyu –Biz sə... sə... sə... – deyə kəkələyir, digər üçü onu acılayır, pəltək olduğu üçün aşağılayır, hər dəfəsində sözünü axıra çatdırmağa imkan vermirlər. Yalnız 9-cu mərtəbəyə şatanda o, sözünü tamamlaya bilir: -Biz səhv gəldik, o biri bloka getməli idik.

Üçlər niyə öncədən bunu demədiyinə görə onu söyüş yiyəsi edə-edə çar-naçar pianonu aşağı düşürməyə başlayanda o yenidən kəkələməyə başlayır, bu dəfə -Mən za.. za... za...- deyə fikrini izah etmək istəyir. Yenə də söyüş, təhqirlər sıralanır, yenə yol boyu ona fikrini izah etməyə imkan vermirlər. 1-ci mərtəbəyə çatanda o, nəhayət ki, fikrini tam deyə bilir: -Mən zarafat edirdim.

 

22 oktyabr. “Metropoliten – Opera”, İvan Bunin və dirijor çubuğu

Ümumdünya şampan şərabı günü. Qazlı çaxırın vətəni Fransadır, biləsiniz. Beynəlxalq Caps Lock günü. Kompüterin bu düyməsini aktual edən bir gündür. Yaponiyada Dziday-matsuri festival – musiqi ənənələri ilə dini ritualların remiksi. Fexner günü. Alman filosofu, fiziki və psixoloqu Qustav Fexnerə həsr olunan beynəlxalq gün. Psixofizikanın banisi olan Fexner bu təlimi məhz 1850-ci ilin 22 oktyabrında yaradıb. Psixofizika isə fiziki stimullarla hissiyyatlar arasındakı əlaqəni öyrənən bir elm sahəsidir.

O ki qaldı amerikalılara, bu gün onlarda milli qoz günüdür. Amerikalıların öz milli qozları olmasa da onlar yunan və hind qozlarını milliləşdirib həzmi-rabeədən keçirirlər.

22 oktyabrda nələr baş verib bəs? Mütləq deyək ki, 1949-cu ildə SSRİ ilk dəfə nüvə silahını sınaqdan keçirib. 1947-ci ildə yeniyetmə yaşında dünya şöhrəti qazanmış məşhur italiyalı müğənni Robertino Loretti doğulub. 1938-ci ildə Çester Karlsion kağız sənədin ilk dəfə fotokopiyasını çıxarıb. 1883-cü ildə dünya mədəniyyətinin ən triumfal hadisələrindən biri baş verib – Nyu-Yorkda “Metropoliten – Opera” açılıb, ilk günündə Qunonun “Faust” operası oynanılıb. Həmin il irland yazışısı Tomas Mayn Rid dünyasını dəyişib. 1870-ci ildə 1933-cu ilin Nobel mükafatçısı olan rus yazıçısı İvan Bunin doğulub. Ən nəhayət, 1859-cu ildə alman skripkaçısı, musiqidə romantizmin yaradıcısı Lui Şpor vəfat edib. Lui Şpor dirijor çubuğunu kəşf edən şəxs kimi də tarixə düşüb, yeri gəlmişkən.

Futbol azarkeşlərinə isə onu xatırlatmaq istəyirəm ki, bu gün çox sayda tanınmış futbol adamı dünyaya gəlib, onlardan biri millimizin baş məşqçisi olmuş Ağasəlim Mircavadovdur, digəri “Arsenal” klubunun fransalı məşqçisi Arsen Venger, digəri əfsanəvi sovet qapışısı Lev Yaşin. Digərləri də qalsınlar növbəti dəfəyə.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

 

Çərşənbə axşamı, 22 Oktyabr 2024 09:32

MÜTALİƏ MƏDƏNİYYƏTİ – 8. Müatliə nədir?

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

8.

 

MÜTALİƏ NƏDİR?

 

 

Ensiklopedik tərif vermiş olsaq, mütaliəyə belə tərif verərik: mütaliə etmək - hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya fəaliyyətidir. Bu kommunikasiyada iki tərəf var. Birinci tərəf çap və elektron mütaliə məhsuludur ki, onun arxasında müəllif dayanır. İkinci tərəf isə oxucu və ya oxucu auditoriyasıdır. 

Hər bir kəs əlinə mütaliə məhsulunu alıb onunla təmasa başlayırsa, bu proses mütaliə adlanır, bunu icra edənsə oxucu adını daşıyır..

Mütaliə insanın həyatında, şəxsin təfəkkürünün inkişaf etdirilməsində, yeni biliklər qazanmasında əhəmiyyətli rol oynayır. Mütaliə prosesində pedaqoji, psixoloji yanaşmaq baxımından, ümumtəhsil, ali və orta ixtisas məktəblərinin tədris proqramı ilə yanaşı əlavə mütaliənin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Mütaliə elə bir prosesdir ki, onun nəticələri insanın ictimai və istehsalat fəaliyyətində əks olunur, onun dünyagörüşünün, əməyinin səmərəliliyini dəyərləndirir.

Lakin mütaliəyə maraq təhsil ocaqları və kitabxanalarla yanaşı ilk növbədə ailədən başlanmalıdır.

Mütaliə nə deməkdir?

Bu sahənin ən görkəmli tədqiqatçılarından olan Ə. Xələfov mütaliəyə belə tərif verir: “Bu, mətndəki hər bir sözü, cümlədəki fikri, fikrin məntiqi rabitəsini və əsərin ideyasını yaradıcı bir surətdə dərk etmək, kitabın ideyasına əsasən müstəqil surətdə nəticə çıxara bilmək deməkdir.”

Mütaliə şəxsiyyətin təşəkkül tapmasına, nitq təfəkkürünün inkişafına yöhəldilmiş mənəvi fəaliyyətin mürəkkəb formalarından biridir. Mütaliə dünyanı dərk etməyə, əxlaq normaları tərbiyə etməyə kömək edir, insanın mədəniyyətini yüksəldir, dünyagörüşünü genişləndirir.

Mütaliə oxucunun mənəvi aləminə ikitərəfli təsir göstərib bir tərəfdən qavrayış və yaddaş kimi psixiki proseslərin inkişafına səbəb olur, digər tərəfdən əsərlərin dərketmə vasitəsinə çevrilir.

Mütaliə oxucunu şifahi, yazılı nitq mədəniyyətinə yüksəldir, hissləri, fikirləri incə şəkildə, tam dürüstlüyü ilə anlamağa, ifadə etməyə kömək edir.

Nitq mədəniyyətinin əsasını söz ehtiyatı təşkil edir, söz, lüğət ehtiyatına isə ən çox mütaliə yolu ilə sahib olmaq olar.

Oxucu mütaliə yolu ilə heç vaxt görmədiyi predmet və hadisələrlə nəinki tanış olur, həm də onu bilavasitə öyrənir. Deməli, oxucu mütaliə vasitəsi ilə yeni-yeni məlumatlar alır, zehnini, nitqini və təfəkkürünü inkişaf etdirir.

Mütaliə hər kəsin şəxsi işi deyil, həm də ictimai borcdur.

Mütaliə insanın cəmiyyətdəki şəxsi rolunu dərk etməyə, yaşadığı dövlətin ideologiyasını (konkret halda bizim dövlətdə bu – azərbaycançılıq məfkurəsinə xidmət etməkdir), böyük vəzifələrini yerinə yetirməyə hazırlanır.

Burada bədii əsərin tərbiyəvi əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bədii əsərin təsiri və qiyməti hər şeydən əvvəl oxunan əsərin oxucunun fikrinə, hissinə nə dərəcədə hakim olması ilə ölçülür.

Mütaliə təkcə kitablardan alınmış biliklər məcmuyu deyil, yeni həyat şəraiti, keçmiş təcrübə ilə əlaqədar olan bütöv bir dünyagörüşüdür və bu, mütaliənin təsiri nəticəsində oxucunun psixoloji aləmində əmələ gələn yeni bir keyfiyyətdir.

 

Növbəti: 9.Mütaliə məhsulu

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

 

Yazar, Editör, Akademisyen Dr. Ömer Küçükmehmetoğlu ile Sohbet

 

Cem Arslan

 

Cem Arslan: Merhaba, sizi akademisyen, yazar, çevirmen, editör olarak tanıyoruz. Biraz kendinizden bahsedebilir misiniz?

Dr. Ömer Küçükmehmetoğlu: Merhaba. Ben Maraş’ta dünyaya geldim. Öykülerden oluşan “Üç arkadaş” adlı eserin müellifiyim. İstanbul Üniversitesi’nde Türk Dili ve Edebiyatından doktora yaptım. Öykü yazarıyım.

Cem Arslan: Hangi dillerden tercümeler yapıyorsunuz?

Dr. Ömer Küçükmehmetoğlu: Yaptığım çeviriler, özgeçmişimle ilgili ayrıntılara www.academia.edu’daki sayfamdan bakabilirsiniz. Orada çalışmalarım ve biyografim ayrıntılı olarak var.   

Cem Arslan: “Köroğlu” dergisinin kurucu editörlüğünü yaptınız. Türk Dünyası ortak edebiyat dergisi “Köroğlu”, Türk edebiyatına yeni bir nefes oldu. Ağırlıklı olarak gençlere yer veren bir dergiydi. 

Dr. Ömer Küçükmehmetoğlu: “Köroğlu” dergisi projesini İstanbul’da doktora eğitimim sırasında hazırladım. Bu projeyi İstanbul’da yayıncılıkla ilgilenen birtakım yerlere versem de proje kabul edilmedi. Daha sonra genç yazar arkadaşımız Adem Bey’e bu projeden bahsettim.  Bu projeyi Eskişehir’de gerçekleştirebileceğimizi söyledi. Adem Bey, çevirmen ve şair olmasının yanında kültürle de yakından ilgilenmekteydi. O zamanki valiye durumu iletti. Türk Dünyası Vakfı’nın desteğiyle dergi yayın hayatına başladı. Türk Dünyası ortak edebiyat dergisi olarak yayın hayatına başlayan “Köroğlu”, genç yazarlara yer veren, genç yazarların, çevirmenlerin eserlerinin sergilendiği bir edebî muhit olmak istiyordu. Bu arzusuna da dergi çok kısa bir zamanda erişti. Mikail Müşfik özel sayısıyla dergi yayın hayatına ara verdi.

Dergi yayın macerasında toplam 317 yazı yayımladı. On üç çevirmeni edebiyatseverlere tanıttı. Kültür hayatımıza yenilik ve renk getiren “Köroğlu” dergisi şiir, hikâye, deneme, röportaj vb. edebî türlerde yazılar yayımladı. “Köroğlu” dergisi Kazak edebiyatından Abay, Alihan Bökeyhan, Mukağali Makatayev’e; Azerbaycan edebiyatından Ramiz Asker, Eyvaz Zeynalov, Ejder Ol, Sabir Rüstemhanlı, Mikail Müşfik’e; Kırgız edebiyatından Murza Gaparov, Tölögön Kasımbekov, Kasım Tınıstanov’a; Türk edebiyatından Ahmet Midhat’a özel sayılar hazırladı. On iki sayısı özel sayı olarak yayımlandı. Sadece ilk sayısını genel sayı olarak çıkardı. “Köroğlu” dergisi indeksini kendi academia.edu’daki sayfamda yayınladım. İlgilenenler oradan bakabilirler.

Cem Arslan: Türk Dünyası ortak edebiyat dergisi olan “Köroğlu” dergisi çok etkili bir edebî ekoldü. Bu gücünü nereden alıyordu? Şimdi yeniden yayın hayatına başlayacağını duyduk. Siz dergide yeniden rol alacak mısınız?

Dr. Ömer Küçükmehmetoğlu: Evet derginin yayın hayatına başladığını duydum. “Köroğlu” dergisi gücünü gençlerden, genç yazarlardan alıyordu. Genç yazarların önünü açan onların projelerine destek olan bir edebî mahfildi. Bugüne kadar Türk Dünyası edebiyatıyla ilgili yapılan bütün çalışmalara destek olduğumu söyleyebilirim. Çok iyi genç editörler yetiştirdim. Onların önünü tıkamak istemiyorum. Genç editörler “Köroğlu”nu ve diğer dergileri daha da ileriye taşıyacaklardır.

Abay ile ilgili Türkiye’de “Temrin” dergisi, Ankara Dil, Tarih, Edebiyat dergisi, “Berceste” dergisi, İLESAM’ın edebiyat dergisi, “Köroğlu” dergisi özel sayılar hazırladı. Büyük Kazak filozofu, edibi Abay için beş tane özel sayı hazırlanmış. Bu yıl İstanbul’da yeni özel sayılar hazırlandı. Gördüğünüz gibi, Türk Dünyası ortak edebiyat dergisi “Köroğlu” gibi 10 tane dergi çıksa yine de Abay için özel sayı hazırlamaya yetişemiyor. Daha fazla Türk Dünyası ortak edebiyat dergileri çıkmalı. Bu rekabetten kazançlı çıkan edebiyatımızdır.

Cem Arslan: “Köroğlu” dergisinin yayın hayatı iki yıl sürdü. Neden yayın hayatına devam etmedi?

Dr. Ömer Küçükmehmetoğlu: Bütün dergiler için en temel sorun finanstır. Yani paradır. Yurt dışına çok sık çıkmamdan dolayı dergi ekibini oluşturarak editörlüğü şair Mehmet Ali Kalkan’a devrettim. Dergi, yayın hayatına devam etmekteydi. Daha sonra maddî destek kesildi ve dergi aksamaya başladı. Mehmet Ali Kalkan editörlüğünde 13. sayısına kadar devam etti.

Kazakistan’a Ahmet Yesevi Üniversitesi’ne öğretim görevlisi olarak atandım. Orada üç yıl çalıştım. Birçok edebiyat sayısının özel dosyalarının editörlüğünü yürüttüm. Edebî çalışmalarımıza ara vermedik. “Köroğlu” dergisi İstanbul’daki birçok edebiyat dergisine örnek oldu. “Temrin” dergisi “Köroğlu” özel sayılarını görünce birlikte böyle özel sayılar yapmak istedi. “Temrin”in dünya edebiyatına daha fazla ilgi duymasına, ekseninin daha da genişlemesine neden oldu bu süreç. “Köroğlu”nun yayın hayatı kısa sürse de dergi amaçlarına ulaştı. Çok daha geniş ufukların, projelerin hayata geçmesine vesile oldu. “Köroğlu” Türk edebiyatında birçok yönüyle birçok dergiyi etkiledi. Bir müddet suskun kaldı; ancak şimdi yeniden yayın hayatına başladığını duyduk. Dergiye yayın hayatında başarılar diliyorum. Edebiyatımıza yeni özel sayılar kazandıracağından şüphem yok.

Cem Arslan: “Temrin” dosyalarından bahseder misiniz?

Dr. Ömer Küçükmehmetoğlu: “Temrin” dergisi, Dünya Edebiyatından çok iyi dosyalar hazırladı. Bendeniz Türk Dünyası edebiyatıyla yapılan özel sayıların editörlüğünü yürüttüm. “Temrin” Dergisinde Arap edebiyatından Nobel ödülünün sahibi Necip Mahfuz, Türk edebiyatından Ahmet Midhat, Hilmi Yavuz, Oğuz Atay, Şeref Yılmaz ve diğer yazarlar hakkında özel sayıları çıktı. Dergide bu zamana kadar Azerbaycan edebiyatından Mirza Alekber Sabir, Anar, Zahid Halil, Elabbas Bağırov, Eyvaz Zeynalov, Bahtiyar Vahabzade; Tatar edebiyatından Şehabeddin Mercani, Ayaz Gıylecev; Özbek edebiyatından Çolpan, Abdullah Kadiri; Kazak edebiyatından Abay, Alihan Bökeyhan, Turar Rıskulov, Kırgız edebiyatından Cengiz Aytmatov, Aydarbek Sarmanbetov, Abdıkerim Muratov, Alıkul Osmonov özel sayıları yayınlandı.

2020 yılında Azerbaycan, Kazak, Kırgız, Tatar, Türkmen ve diğer ülkelerin yazarları için peş-peşe özel sayılar hazırlandı. “Temrin” aynı zamanda, yazarların, çevirmenlerin, editörlerin yetişmesi için ayrı bir ekol, okul oldu. Orada yetişen editörler kendi edebiyat dergilerini kurdular. “Temrin” dergisi her zaman yeni projelere açık bir dergi. Temrin edebî ekolünün kurucusu Şeref Yılmaz, Türk Dünyası edebiyatıyla ilgili kendisine sunduğumuz bütün projelerimizi kabul etti.

Cem Arslan: “Temrin” dergisi aynı zamanda, Türk Dünyası edebiyatıyla ilgili kitaplarının yayınlanmasına da öncülük ediyor. Yayınevinden Türk Dünyası edebiyatıyla ilgili birçok kitabın çıktığını görüyoruz.

Dr. Ömer Küçükmehmetoğlu: Evet, Cem bey, dediğiniz gibi “Temrin” dergisi Türk Dünyası edebiyatıyla ilgili basılan kitapların çıkmasına da öncülük ediyor. Azerbaycan edebiyatından Eyvaz Zeynalov’un beş eseri Türkçe yayınlandı. Ayrıca Aslan Kuliyev, Galip Şefahet’in eserleri  Anatolia Kültür Yayınları arasında çıktı. Zahid Halil, Elabbas Bağırov ve diğer Azerbaycanlı yazarların eserleri yayına hazırlanıyor. Aşur Özdemir ve Bayan Kerimbekova’nın telifi Çağdaş Kazak Edebiyatı, Rızaeddin Fahreddin’in telifi olan Ahmet Midhat Efendi ve Türk Dünyasından daha birçok seçme eser Türkçeye çevrilerek kitap olarak basıldı. Bu edebî ekolün artık bir Türk Dünyası Edebiyat serisi var. Şeref bey hem yayınevinin, hem de “Temrin” dergisinin sahibi. Ayrıca, Yazarlık Akademisinin Başkanı. Dergi bu yönüyle de kitapların yayınlanmasında köprü vazifesi görüyor.

2020 yılından itibaren aylık olarak çıkmaya başladı. “Temrin” sadece, Türk Dünyası değil, Arap, Rus, Fransız, İngiliz, Fars ve diğer edebiyatları da yakından takip eden, dünya edebiyatıyla ilgili birçok kültür projesi geliştiren, modern bir dergi. Derginin çok estetik bir şekilde, başından sonuna kadar büyük bir titizlikle hazırlandığını söyleyebilirim. Temrin 2020 Eylül ayında 107. sayısını yayınladı. Edebiyatımız için eşsiz bir arşiv oluşturdu.

Cem Arslan: “Türk edebiyatı” dergisi Kazak Edebiyatı özel sayısının editörlüğünü yaptınız.

Dr. Ömer Küçükmehmetoğlu: “Türk edebiyatı” dergisi sadece, Kazak edebiyatı özel sayısı hazırlamıyor. Kazak, Kırgız, Özbek, Tatar edebiyatlarıyla ilgili özel sayıları yayın politikasına dahil etti. Birçok sayı hazırlandı. Bu sayılar peyderpey yayınlanacak. Ahmet Yesevi Üniversitesi Türkoloji Enstitüsü Müdürlüğüm sırasında konferans için Bahtiyar beyi[1] enstitümüze davet ettim. Daha sonra birlikte Türkistan’dan Taşkent’e gittik. Taşkent’te panele katıldık. Orada bu sayıyla ilgili anlaştık. Kazak edebiyatı özel sayısı yeni bir ivmeyi başlattı. Edebî süreç, projeler hızlandı. Bahtiyar Bey, “Türk edebiyatı” dergisini İstanbul’da Türk dünyası edebiyatının merkezi yapmak için uğraşıyor. İstanbul’da yayınlanan diğer dergiler de bu konuda bir-birleriyle rekabet ediyorlar. Bu rekabet yeni özel sayıların çıkmasına neden oluyor, yeni üretimleri ve kaliteyi olumlu yönde etkiliyor.

Cem Arslan: “Heceöykü” dosyalarından bahseder misiniz?

Dr. Ömer Küçükmehmetoğlu: İstanbul’da doktora eğitimim sırasında “Heceöykü” dergisi ile birçok projeye imza attık. Türk Dünyası öykü dosyalarının editörlüklerini yürüttüm. Daha sonra bu dosyalar kitaplaştı. Dergilerdeki özel dosyalar, kitaplarla birlikte 30’dan fazla eserin editörlüğünü yaptım. Türk Dünyası Vakfı Eskişehir’de bu öykü antolojilerinin 5000 tirajla ikinci baskısını yaptı. İnsanın emeği, alın teri hiçbir zaman zayi olmaz. 

Cem Arslan: İstanbul’da son yıllarda Türk Dünyası edebiyatı çok fazla rağbet görüyor? Bu konuda düşünceleriniz neler?

Dr. Ömer Küçükmehmetoğlu: Sadece İstanbul’da değil dünyanın birçok şehrinde Türk Dünyası edebiyatı etkileşim içerisinde. Biz Türkiye’den bahsedecek olursak, Türkiye’de Türk Dünyası edebiyatıyla ilgili projeler maddî olarak destek görüyor. Türk Dünyası edebiyatı pastası var. Bu pastanın oluşturduğu maddî gelir var. İstanbul’da Türk Dünyası edebiyatıyla ilgili yayın yapan dergi ve yayınevleri, elbette, bu pastadan kendi payını almak istiyor. Maddî gelir, finans olmadan hiçbir şey yürümüyor. Herkes nasibine düştüğü kadar bu pastadan payını alacaktır. İstanbul’daki yazar kuruluşları, dernekleri, yayınevleri Azerbaycan, Kazakistan, Kırgızistan, Almanya, İngiltere vb. birçok ülkelerin yazarlık kuruluşlarıyla, dernekleriyle ortak projeler yapıyorlar. Bu projeler için ayrılmış bütçelere, paraya da ortak oluyorlar. Hem baskı ücretlerini karşılıyorlar, hem yazarlara, çevirmenlere telif ücretleri ödüyorlar, hem de iyi kârlar elde ediyorlar.

Cem Arslan: Türk Dünyası edebiyatının yayınının oluşturduğu bir finanstan bahsettiniz. Elbette, profesyonel işler parayla olur. Biz dergi ekibi olarak Türk Dünyasına eğilmek istiyoruz. Belki ileride Türk Dünyası edebiyatı ekleri çıkarabiliriz. Bu konuda tavsiyeleriniz ne olur? 

Dr. Ömer Küçükmehmetoğlu: Bu konuda çalışan çevirmen, editör, yazar, yayınevi, matbaa, kitapçı-kısaca, herkes kazançlı çıkıyor. İstanbul’da yaptığım, yayınladığım kitaplardan çok iyi telif ücretleri aldım. Hatta eğitimim sırasında bir müddet işsizdim. Çeviri yaptığım kitaplardan aldığım telif ücretleriyle geçindim. Çevirdiğim bir kitabın telif ücretiyle üç ay geçindiğim oldu. Bu işte dinamik, genç, iyi editörlerden birini bulup çalışmanızı tavsiye ediyorum. Matbuatı taradığınızda birçok editörle karşılaşacaksınız. 

Cem Arslan: Birçok edebiyat projesine imza attınız. Bu başarınızı neye bağlıyorsunuz?

Dr. Ömer Küçükmehmetoğlu: Sadece kendi işimi yapmaya odaklandım ve kendi işimi yaptım. Hayatımda istediğim şeyleri, hayallerimi gerçekleştirdim. 2010 yılında yüksek lisansımı tamamladım ve daha sonra İstanbul’a yerleştim. Son on yıl içerisinde İstanbul’daki edebiyat dergilerinde iki yüzün üzerinde özel dosyanın, birçok edebî ve bilimsel kitabın editörlüğünü yaptım. Bence bu kendi hayatıma, emeğime, eğitimime, mesleğime, hayallerime, ümitlerime verdiğim en güzel cevaptır.

Cem Arslan: Röportaj için teşekkür ediyoruz.

Dr. Ömer Küçükmehmetoğlu: Dergi çalışmalarınızda başarılar diliyorum.

 

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

 

 

 

 

 

 

 

 

 

 



[1]Bahtiyar Aslan

Misirin paytaxtı Qahirə şəhərində yerləşən Jurnalistlər Sindikatında “Misir-Azərbaycan - ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi üçün səylər və əməkdaşlıq perspektivləri” adlı seminar keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 50-dən artıq yerli jurnalistin və tədqiqatçının iştirakı ilə keçirilən seminarda çıxış edən Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Misir-Azərbaycan əlaqələrinə toxunub.

Səfir hər iki ölkə Prezidentlərinin qarşılıqlı səfərlərindən sonra əlaqələrin daha da möhkəmləndiyini diqqət çatdırıb. Cari ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar aparılan hazırlıq işləri və tədbir çərçivəsində həyata keçiriləcək bir çox layihələr barədə məlumat verib. Elxan Poluxov 2022-ci ildə COP27-nin Misirin Şarm Əl-Şeyx şəhərində keçirildiyini vurğulayaraq, bu ölkənin öz təcrübəsini Azərbaycanla bölüşməsini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov Misir-Azərbaycan əlaqələrinin tarixindən bəhs edib. Xatırladaq ki, Seymur Nəsirov Qahirə Universitetinin müəllimidir, həm də misirli gənclərə Azərbaycan dilini tədris edir.

Daha sonra beynəlxalq münasibətlər üzrə tədqiqatçı xanım Ghada Caber Azərbaycanda qadınların hüquqlarının qorunmasından danışaraq Azərbaycan parlamentinin sədrinin qadın olduğunu və qadınların parlamentdə yüksək faizi ilə təmsil olunduqlarını vurğulayıb.

Seminar yerli jurnalistlər və tədqiqatçılar tərəfindən səfir Elxan Poluxova və digər məruzəçilərə ünvanlanmış çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.

Tədbir Misir mətbuatında da geniş işıqlandırılıb. Xəbərlərdə, həmçinin Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən də bəhs olunub. Cəmiyyətin fəaliyyətinin əsas məqsədinin xalqlar arasında dostluğun möhkəmləndirilməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsi olduğu bildirilib. Qeyd edilib ki, cəmiyyətin nəzdindəki kurslarda Azərbaycan və ingilis dilləri, Qurani-Kərimin qiraəti, ərəb dilinin qrammatikası, ədəbiyyat, bəlağət, məntiq, xəttatlıq, dekorasiya, xalçaçılıq və muğam sənəti tədris olunur, müxtəlif fənlər üzrə 57 ölkədən 600-dən çox gənc ödənişsiz təhsil alır.

Tədbir haqqında və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən bəhs edən məqaləni aşağıdakı linlkərə keçid edərək oxuya bilrsiniz:

https://www.gomhuriaonline.com/Gomhuria/1535411.html

https://www.alwafd.news/5468500#goog_rewarded

https://www.almasryalyoum.com/news/details/3286766

https://beladona1.blogspot.com/2024/10/blog-post_24.html

https://www.aldiplomasy.com/141780/#google_vignette

https://elalmelarby.com/?p=55266

https://alan-eg.com/2024/10/19/%D8%B1%D8%A6%D9%8A%D8%B3-%D8%AC%D9%85%D8%B9%D9%8A%D8%A9-%D8%A7%D9%84%D8%B5%D8%AF%D8%A7%D9%82%D8%A9-%D8%A7%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86%D9%8A%D8%A9-%D9%85%D8%B5%D8%B1-%D9%84/

https://nahr-alamal.com/%D9%83%D9%84%D9%85%D8%A9-%D8%A7%D9%84%D8%AF%D9%83%D8%AA%D9%88%D8%B1-%D8%B3%D9%8A%D9%85%D9%88%D8%B1-%D9%86%D8%B5%D9%8A%D8%B1%D9%88%D9%81-%D9%86%D8%AF%D9%88%D8%A9/

https://wwnewss.com/?p=73349

https://www.raiaam.com/Website/maqal/103776

https://www.alarb24.com/10534

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

 

1 -dən səhifə 1773

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.