Şəhidlər barədə şeirlər – RAQUF ORUCOV Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Raquf Orucova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

                                                                

 

RAQUF İBRAHİM OĞLU  ORUCOV

(12.07.1972.-04.04.2016)

 

Ağdam rayonu Cinli kəndində doğulmuş, Azərbaycanın Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Aprel döyüşlərinin şəhidi

Şəhid olduğu yer: Ağdərə rayonu Talış kəndi

Dəfn yeri: Bakı şəhəri Şəhidlər Xiyabanı

 

 

 

MUROV QARTALI

 

I

Sevirdi bu Vətəni sonsuz məhəbbət ilə,

Yaşadı öz ömrünü Raquf ləyaqət ilə,

Son anadək döyüşdü düşmənlə qeyrət ilə,

Adını ölməzlərin cərgəsinə yazdı o.

 

   II

 

Taleyinə düşmüşdü doğulmaq Qarabağda.

Cənnət elə burdadır, axtarmayın uzaqda.

Nankor, kafir qonşular insan yox,  şeytan imiş,

Hiyləgərlik, alçaqlıq tayfadan, soydan imiş.

 

Torpağı əlimizdən istədilər alsınlar,

Qonaq kimi gələnlər sahib kimi qalsınlar.

Bu yurdun balaları düşmənə torpaq verər?

Heç bir çopur daş verməz, gözəl Qarabağ verər?

 

Atıldılar döyüşə ölümdən qorxmayaraq,

Yalnız qeyrətləridir  onlara silah-yaraq.

Vətəndən uzaqdaydı Raquf həmin zaman,

Hərbi xidmətdə idi, məkansa Özbəkistan.

 

Tez qayıtdı Ağdama, ana Vətən dardadır.

Vətən axtarır onu, deyir, -balam, hardadır?

Yazıldı ordumuza  qorxmaz bir əsgər oldu.

Onun evi-eşiyi dağ, meşə, səngər oldu.

 

Döyüşlərin birində o, ağır yaralandı,

Yarasını gizlətdi, ağrı-acısın dandı.

Ruhdan düşmədi Raquf döyüşə getdi yenə,

Söylədi, ön cəbhədə ehtiyac vardır mənə.

 

Düşmən-arxalı köpək, o simasız, hiyləgər,

Bir-bir ələ keçirir neçə kənd, neçə şəhər.

Doğma kəndi Cinlinin bir gün gəldi bəlası,

Necə də dəhşət idi...şəhid oldu anası.

 

Dünya bir heçə döndü gözlərində igidin:

“Yox-yox... alınmalıdır qisası hər şəhidin.

Oxuyub səy edərək hərbçi olacağam,

Vətən şəhidlərinin qisasın alacağam.”

 

 

 

III

Çalışdı, zəhmət çəkdi, ali məktəbə girdi,

Komandirlər Məktəbin uğur ilə  bitirdi.

Alaraq ön cəbhəyə Raquf təyinatını,

Şərəflə davam etdi öz zabit həyatını.

 

Qisas hissi qəlbindəcoşur, aşıb-daşırdı,

Torpaq azad olunar, xəyalla dolaşırdı.

Kəşfiyyat komandiri oldu “Murov qartalı”,

Yağıları qovmaqdı əqidəsi,  amalı.

 

Cəsur kəşfiyyatçılar düşməni salır çaş-baş.

Raquf əsgərlərinə həm komandir, həm qardaş.

Raquf erməni dilin öyrənmişdi, bilirdi,

Adını eşidəndə“Tayqulaqlar” ölürdü.

 

  IV

 

O “Aprel döyüşləri”mücdəsiydi zəfərin,

Haqq- ədalət sındırdı belini fitnə-şərin.

Bu döyülərşdə Raquf  göstərərək rəşadət,

Şəhid oldu, şəhidin yeri- müqəddəs cənnət.

Sumqayıt şəhərində Şəhidlər Xiyabanı,

Qucağına alıbdır ölümsüz qəhrəmanı.

 

Raqufun həyatının həm fərəhi, sevinci,

Aqşindi, Nihad idi bir də vardı Sevinci.

Onlar Raqufun adın uca tutub hər zaman,

Sübut eylədilər ki bizimlədir qəhrəman.

 

Raquf, sənin müqəddəs arzun çiçək açıbdır,

Qarabağ azad olub bizə qucaq açıbdır.

Ağdam, Şuşa, Kəlbəcər, yenidən tikilir bax,

Ruhun şad olsun igid, azad olub Qarabağ.

 

(Yazılma tarixi: 08.04.2024)

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)