“İTKİ” – Orxan Fikrətoğlunun tammetrajlı bədii film ssenarisi (4-cü – son paylaşım) Featured

Rate this item
(0 votes)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

İTKİ

4.

 

Səhnə 37. İnt. Gün.

Səfər şüşənin arxasında ona göstəriləcək növbəti adamı gözləyir. Nəhayət, otağın qapısı açılır və adam içəri girir. Arxadan səs eşidilir.

Polis:

İtirdiyin bu adam idi?

Səfər arxadan dinməzcə dayanır...

Polis:

Bu idi axtardığın adam?

Səfər şüşəyə yaxınlaşıb öz-özünə diqqətlə baxır... Səfərin üzündə çaşqınlıq var. O, özünü tanısa da, tərəddüd edir... Səs yenə də eşidilir...

Polis:

Bu idi axtardığın?

Polis əsəbi halda sualı təkrarlayır...

Polis:

Ya hə de, ya da yox de... Bilək işimizi...

Səfər üzünü polisə tutaraq pıçıltıyla deyir...

Səfər:

Üzüm yadımdan çıxıb...

 

Səhnə 38. Ext. Gecə

2-ci adam əlində aşlışqan fənərlə dənizin sahilinə tərəf gedir. 1-ci adam baxır və onun arxası ilə gəlir. Daha sonra 2-ci adam sahildə qəribə bir cismin olduğunu görünür. Bu insan vücuduna oxşayır.

 

Səhnə 39. Ext. Gecə

Dəniz kənarı. 2-ci 1-ci adamı səsləyir.

2-ci adam:

Bura gəl! Ora bax!

2-ci adam arxaya çevrilib baxanda 1-ci adamın artıq orada olmadığını görür…

2-ci adam cəsədə tərəf gedir. Arxadan 1-cinin səsi eşidilir.

1-ci adam (istehza ilə):

Tapdın? Onsuz da uduzmuşdun… Tapmağının nə faydası…

 

Səhnə 40. Ext. Gün.

Park. Səfər və qadın skamyada əyləşiblər. Bu dəfə onlar yanaşı oturublar. Fəhlə skamyanın sağ tərəfini rəngləməyə davam edir. Səfər qadına asta səslə bu sualı verir.

Səfər:

Bizim niyə şəklimiz yoxdur?

Qadın:

Çünki sən belə şeyləri sevmirsən… Bunu da unutmusan? Həmişə deyərdin, ay ruh belə gəldi, daxili aləm elə getdi, sən qəlbimin yaddaşındasan, falan-filan… Axırı da bu… İtirdin də… Heç olmasa şəklimiz olsaydı, verərdim, baxardılar… Bəlkə tapmağa kimsə kömək edərdi.

Səfər:

Gərək tapım. Belə olmaz. Mən belə yaşaya bilmərəm axı…

Fəhlə skamyanı boyamağa davam edir.

 

Səhnə 41. Ext. Gecə

Dəniz sahili… 2-ci adam cəsədi sudan çıxarır. Artıq o, yalnızdır. 1-ci adama tərəf səslənmək istəyəndə görür ki, o, yerində yoxdur.

2-ci adam:

…Zər itirdik, meyit tapdıq…

2-ci adam:

Görəsən, bu bədbəxt kimdir belə…

 

Səhnə 42. Ext. Gecə

2-ci adam daxmanın arxasında saxladığı köhnə “QAZ 24”-ünü işə salır. Arxa tərəfin qapısını acır. Cəsədi maşının arxa oturacağına uzadır. Burada o, özünü görür. Cəsədin üzü… Səfərin üzüdür.

 

Səhnə 43. İnt. Gecə

Maşının içi. 2-ci adam fikirli şəkildə sükan arxasında yol gedir. Radioda itmiş insanlar haqqında elanlar gedir. …Yollar qaranlıqdır.

 

Səhnə 44. Ext. Gecə

Sahildəki balıqçı daxması görünür… Tilov yerindədir… Masa boşdur. Xəfif külək əsir.

V.O. 2-ci adamın səsi eşidilir.

2-ci adam:

Dənizə girdim,

arzularımın rənginə boyanım deyə.

Ya keçmişimi yumaq istədim.

 

Səhnə 45. İnt. Gecə

Maşın. 2-ci adam “QAZ 24”-ü sürətlə idarə edir. Yol, demək olar ki, boşdur.

 2-ci adam (V.O.):

Ləkələr çıxsın deyə

dərinə getdim. Dərinə…

 

Səhnə 46. İnt. Gecə

Xəstəxana. Palatada üzü bağlı bir nəfər uzanıb. Səfər diqqətlə o adama baxır.

Səfər:

Dərindən mən çıxdım… Ruhum islanmışdı…

Ləkələr qalırdı …

 

Səhnə 47. İnt. Gün.

Həmin otağın qapısı açılır. İçəri Sarışın və polis əməkdaşı daxil olurlar. Polis əməkdaşı cəsədin üzərindən bəyaz örtüyü çəkir. Sarışın razılıq əlaməti olaraq başını yelləyir.

 

Səhnə 48. Ext. Gün

Sarışın parkın qarşısındakı binadan çıxıb yolu keçir… O, skamyaya, qadına tərəf gəlir. Gəlir və qadının qarşısında dayanır. Bunu görən fəhlə Sarışına deyir.

Fəhlə:

Ay qardaş, bu xanıma neçə defə demişəm, özü də görür… İş görürəm axı… Durub getmir, elə bil ağlını itirib nədi… Xahiş eləyirəm, qoyun işimizi görək, orda quru skamyalar var, gedin oturun da.

Sarışın başı ilə fəhləyə razılıq işarəsi verir.

Sarışın:

Yaxşı, yaxşı… Narahat olmayın. Gedirik.

 

Səhnə 49. Ext. Gün

Park. Qadın tərpənməz oturub naməlum istiqamətə baxır. Fəhlə də onların skamyanı tərk edəcəyini gözləyir.

Qadın:

Tapıldımı?

Sarışın susur…

Qadın:

Səninləyəm, tapıldımı?

Sarışın:

O, artıq yoxdu…

SON

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2024)