Mədəniyyət nazirinin İmişlidə qəbulunun vaxtı dəyişdirildi Featured

Rate this item
(0 votes)

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən İmişli şəhərində 19 aprel tarixində saat 10:00-da İmişli rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 2) Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Qəbulun tarixi haqqında məlumat nazirliyin rəsmi internet resurslarında əvvəlcədən yerləşdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)