POETİK QİRAƏTdə Əlizadə Nurinin “Qara rəngdə ağ gəzirəm...” şeiri Featured

Rate this item
(0 votes)

Poetik Qiraətdə bu gün sizlərlə gözəl şairimiz Əlizadə Nuri  “Qara rəngdə ağ gəzirəm” şeiri ilə görüşəcək. Ənənəvi şikayətnamə şeiridir. 

 

Mənimki Allaha qalıb-

Haqsız olub -haqq gəzirəm.

Mən bu qışın ortasında

Bir yaşıl budaq gəzirəm.

-deyir şair. “Qara rəngdə ağ gəzirəm...” bir kədər müntəxabatıdır.

Xoş mütaliələr! 

 

Mənimki Allaha qalıb-

Haqsız olub -haqq gəzirəm.

Mən bu qışın ortasında

Bir yaşıl budaq gəzirəm.

 

Hansı suçundan asılıb?-

O qız saçından asılıb...

...Dar ağacından asılıb

Şükür, hələ sağ gəzirəm.

 

İynə var ki  sap axtarım?

Kir içində saf axtarım?!

Cəlladda insaf axtarıb-

Qara rəngdə ağ gəzirəm...

 

Ömür gün-gün dağıldı ki...

Bu açılan paxırdı ki...

Yüküm elə ağırdı ki-

Haçandı axsaq gəzirəm.

 

Bu olubdu tək istəyim:-

Tanrıdan ətək istəyim.

Hamını sevmək istəyib-

Hamıdan uzaq gəzirəm...

 

Ədəbiyyat və incəsənət”

(24.04.2024)