Fentezi janrında bestseller - “Toxunma zülmət”

Rate this item
(0 votes)

Moskvanın “Sineye plamya” seriyasından Aleksey Plexovun “Toxunma zülmət” kitabı ən çox satılanlar sırasında möhkəm qərarlaşıb. Kitab artıq Bakının kitab mağazalarında da rəflərdə görünməkdədir. Fentezi janrında yazılan roman çox başgicəlləndirici süjetə malikdir: Şimaldan getdikcə daha həyəcanlı xəbərlər gəlir - müharibə yaxınlaşır. O tərəfin Şautta və  Demonları - cinlər-şeytanlar geri qayıdır. . Bir çox əsrlər əvvəl altı qardaş tərəfindən məhv edilmiş Veyren yenidən doğulmuşdur. Onun sehrinə müqavimət göstərə biləcək daha heç bir sehrbaz yoxdur.
İndi insanlar yalnız özlərinə güvənirlər. Cənubda, Trettinidə - Rionun böyük paytaxtında qaranlıq daşıyan iblislərə qarşı çıxmağa hazır olan bir neçə adam toplaşır. Böyük mübarizə başlayır…