Son günlər dünyanın ən çox oxuduğu “Tələbə” kitabı artıq Bakıda

Rate this item
(1 Vote)

 

Amerikalı publisit, tarixçi və memuarçı Tara Vestoverin adı son illər xüsusən parlayıb. Cəmi 34 yaşı olan Tara Kliftonda doğulub, Triniti kollecini və Briqama Yanqa universitetini bitirib. Avtobioqrafiya və memuar janrında yazdığı kitablar tək ABŞ-da yox, dünyada maraq oyadıb. Tara Goodreads Choice Award, John Leonard Prize, Jean Stein Book Award kimi nüfuzlu mükafatlara layiq görülüb. Ona ən böyük uğuru isə 40 dilə tərcümə edilmiş “Tələbə” kitabı gətirib. Nədən bəhs edir “Tələbə”? İlk öncə qeyd edək ki, bu da avtobioqrafik romandır, Taranın öz başına gələnlər əks olunur. Kitabın şərhi ingilisdilli resurslarda “Özünü tapmaq üçün xəyanət" başlığı ilə verilir.

 

Taranın qəribə bir ailəsi var.Ata dünyanın sonuna hazırlaşır, kütləvi aclıq ola bilməsi səbəbindən şaftalıları yığıb saxlayır və bütün kəndi məhv edə biləcək sayda silah alır. Ana türkəçarə ilə məşğuldur, yanıqları, parçalanmış sümükləri lavanda ilə müalicə edir. Qardaş və bacılar məktəbə getmirlər və zibilxanada işləyirlər, təkrar emalı mümkün olan zibilləri yığırlar. Tara tüfəng ata bilir, tikintdəi kran idarə edə bilir, lakin oxumaq və yazmaq onunçün olduqca şətindir, təhsilsiz qalmaq öz sözünü deyir. Amma bir gün onun həyatı dəyişir. Valideynlərdən gizlincə Tara kollecə daxil olmağa hazırlaşır...

 

Tara Vestoverin “Tələbə” kitabını türk dilində (ingiliscədən türkcəyə Duyğu Akın çevirib) Bakı Kitab Mərkəzindən əldə edə bilərsiniz.