“Edebiyat Gazetesi”nin eyniadlı kitabı nəşr edilib

Rate this item
(1 Vote)

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Qardaş Türkiyənin 1932-ci ildən nəşr edilən "Edebiyat Gazetesi"nin eyniadlı kitabı işıq üzü görmüşdür. Kitabda Azərbaycanlı yazıçı, portalımızın əməkdaşı Habil Yaşarın da yazıları işıq üzü görmüşdür.

 

“Beş Hececiler” adlı ədəbi qrupun şairlərindən Orhan Seyfi Orhon tərəfindən 1932-ci ildə nəşr olunan Ədəbiyyat qəzeti, 1 yanvar 2023-cü ildə “Alaska” Nəşrləri 

daxilində yenidən nəşr həyatına başladı. İlk on iki sayında yenidən ədəbiyyatsevərlərin diqqətini çəkməyi bacaran və ayda orta hesabla 5 min, ildə isə 50 min oxucuya çatan Ədəbiyyat qəzetinin 2023-cü ildəki on iki sayında Adam Silver, Ahmet Rıfat İlhan, Ahmet Yılmaz Tuncer, Akif Akın Cabı, Alper Kaya, Barış Bozdağlı, Cansu Işık, Cemal Öztürk, Coşkun Bulut, Deniz Boyraci, Deniz Sarıtop, Esra Kuran, Fırat Kasap, Habil Yaşar, Harun Tınas, Hazım Gökçen, Hüseyin Avni Cengiz, Hüseyin Yıldız, İlhan Kılıç, İlkay Coşkun, İlknur Kaya, İsmail Hilal, İsrafil Baran, Kadir Ersoy, Mavi Melek Sulu, Mehmet Ali Talayhan, Mehmet Memdoğlu, Mehmet Sayan, Muhammed Aytekin, Mustafa Bilgücü, Orhan Kumral, Orkun Cabi, S. Ali Ellikci, Selçuk Tanaydın, Sema Maşkılı, Sezgi Kaya, Şebnem Pişkin, Şeyma Yaşar, Tan Doğan, Umut Özkan, Yasemin Cebeci, Yücel Aydın kimi dəyərli adların məqalələri, hekayələri, şeirləri və müsahibələri nəşr olunub. 

Zamanın axarında iz qoymuş bir yola çıxan qəzetin on iki nömrəsinin hər birinin yer aldığı bu kitab hekayə, məqalə, şeir və müsahibələrlə dolu bir xəzinədir.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2024)