“CBC TV Azerbaijan” kanalının Top 10-luğu

Rate this item
(0 votes)

Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC telekanalının yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məlumdur ki, telekanalın uğurlu fəaliyyətinin vacib göstəricilərindən biri də onun internet platformasında mövcud olan müxtəlif sosial şəbəkələrdəki auditoriyasının baxış sayıdır. Məhz bu səbəbdən də hazırlanan verilişlərin populyarlığı artdıqca, telekanalın yutub platformasındakı “CBC TV Azerbaijan” kanalının Top 10-luğu yaradılıb.

1. “Это Азербайджан”
2. “Служу Родине”
3. “Артефакты Кавказа”  
4. “Актуально сегодня”
5. “На этом точка”
6. “Экономика дня”
7. “Специальный выпуск”
8.”Белые пятна истории”,
9.“English News”
10.“Глобальная дискуссия”

Həmin Top 10-luğun ilk pilləsində, 80 video və 16 min 60 izləyicisi olan “Это Азербайджан” verilişi yerləşir. Verilişdə Azərbaycan və onun tarixi-mədəni irsindən bəhs edilir. Verilişin müəllifi və aparıcısı CBC telekanalının kəşf etdiyi potensiallı kadrlardan biridir. O, telekanalda əvvəl səs rejissoru kimi fəaliyyətə başlayıb. Daha sonra fərqlənməyi bacardığı üçün hazırda müxbir – aparıcı kimi fəaliyyətini davam etdirir.
İkinci yerdə 32 videosu və 14 min 374 izləyici sayı ilə, hərbi-vətənpərvərlik mövzusuna həsr olunan, ölkəmizin hərbi gücünü nümayiş etdirməyə xidmət edən “Служу Родине” verilişi yerləşib.
Üçüncü pillədə, Azərbaycanın arxeoloji və tarixi abidələrinə həsr edilən “Артефакты Кавказа” adlı veriliş durur. Verilişin yutub platformasında cəmi 14 buraxılışı mövcud olsa da, onların baxış sayı artıq 12 min 505-ə çatıb. 529 videosu və 11 min 75 izləyicisi olan “Актуально сегодня” adlı ictimai-siyasi veriliş isə TOP 10-luğun dördüncü pilləsində yer alıb. Onun ardınca 179 buraxılış videosu və 9 min 613 nəfər izləyici sayı ilə “На этом точка” siyasi analitik veriliş, 9 videosu və 8 min 599 baxış sayı ilə iqtisadi mövzulara həsr edilən “Экономика дня”, 760 buraxılış və 7 min 659 baxış sayı ilə “Специальный выпуск” adlı analitik veriliş, tarixi hadisələrə həsr olunan “Белые пятна истории”, həmçinin ingilis dilində xəbərlər - “English News” və 5 min 783 izləyicisi ilə 10-cu yerdə dünyada baş verən prosesləri müzakirəli əks etdirən “Глобальная дискуссия” verilişi gəlir.
Məqsəd hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün operativ və keyfiyyətli formada informasiya təqdim etməkdir.