QISA FİKİRLƏR XƏZİNƏSİndə Nəcib Fazil Qısakürək Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə         Nəcib Fazil Qısakürəyin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

 

Nəcib Fazil QISAKÜRƏK:

 

Ya Allaha baş əyər, heç kimsəyə əyməzsən,

Ya hər kəsə baş əyər, heç bir şeyə dəyməzsən.

 

***

Allahsız adamın fikrinə, Allahsız cəmiyyətin məfkurəsinə... inanmıram!

 

***

Aldığımız nəfəsi belə geri veririksə, heç bir şey bizim deyil.

 

***

Dünya gözəl olsaydı, doğularkən ağlamazdıq… Yaşarkən təmiz qalsaydıq, öləndə yıxanmazdıq.

 

***

Əgər dadını bilsəniz, çörəyi bölüşmək çörəkdən daha ləzzətlidir.

 

***

Tövbə qapısı açıqdır dediksə, təzə günahlarmı işləməlisən?

 

“Ədəbiyyat və incəsənət”

  (03.04.2024)