“Çalışın, sizin barənizdə heç kəs hər şeyi bilməsin” - Robin Şarmanın uğura yönəldən kəlamları Featured

Rate this item
(0 votes)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Robin Şarmanın kitablarından bəyənib seçdiyim bəzi fikirləri əziz oxucularıma təqdim etməkdəyəm.

Robin Şarmanı həmkarlarından fərqləndirən əsas cəhətləri hansılardır? İlk öncə, onun klassik fəlsəfənin taftalogiya şəkli almış aforizmlərindən xeyli uzaqda dayanaraq müasir, 3-cü minillik fəlsəfəsini yaratmaq istəməsi cəhdi.

Robin Şarma yazır:

1.   Çalışın, sizin barənizdə heç kəs hər şeyi bilməsin. Şəxsiyyətinizi sirli saxlayın.

2.   Tam yetkin şəxsiyyət olmağın əlaməti -  baş verən hər şeyə öyrənmək səbəbi kimi baxmaqdır. Daim öyrənin. Hətta müəllimlərin də müəllimi var.

3.   Düşünmə keyfiyyəti həyat keyfiyyətini müəyyənləşdirir. Fikirlər canlı varlıqlardır, xırda enerji qığılcımlarıdır.

4.   Sənin həyatına məna qatan insanlarla daha çox bir yerdə ol. Həmişə eləmək istədiyin şeyləri elə. Arzuladığın qayaya dırmaş, hansısa bir alətdə ifa etməyə başla, yağışın altında rəqs elə, yeni işə başla. Musiqini sevməyi öyrən, daha bir xarici dil öyrən, uşaqlıqda malik olduğun heyrətlənmək xüsusiyyətini yenidən özünə qaytar.

5.   Möcüzəli anların qədrini bil, onlarda çim!

6.   Özündə zamanın necə qiymətli olması barədə çox dərin düşüncə yarat. Başqa insanlara imkan vermə ki, bu çox qiymətli kapitalı səndən alsınlar. Və onu elə fəaliyyət növlərinə qoy ki, bunu etməyə dəysin.

7.   Həyatda uğur göstəriciləri nə əşyalar, nə pul, nə cəmiyyətdəki yerinizdir. Bu, həyatdan aldığımız sevincdir.

8.   Xoşbəxtlik düzgün düşüncələrlə gəlir, düzgün düşüncələr təcrübə ilə gəlir, təcrübə isə səhv düşüncələrlə gəlir.

9.   Fiziki hərəkətlərə vaxt ayırmayanların həmin vaxtı öz xəstəliklərinə ayıracağı qaçılmazdır.

10.               Əksər insan öz evinin arxasındakı mövcud bağçadan həzz almaq əvəzinə, haradasa üfüqlərdən uzaqlarda yerləşən hansısa sirli, möcüzəli bağçanı arzulayır.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)