Böyük Mirzə Cəlilə sayğı ilə

Rate this item
(0 votes)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Respublika Gənclər Kitabxanasında görkəmli dramaturq Cəlil Məmmədquluzadənin 155 illik yubileyi ilə əlaqədar silsilə materiallar hazırlanıb

 

Bu il Azərbaycan yazıçısıdramaturqjurnalist, maarifçi-publisist, naşir, ictimai xadim, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadənin 155 illik yubileyi tamam olur. Bu münasibətlə ölkənin ədəbi və elmi cameəsi müxtəlif tədbirlər planlaşdırıb. Bəs daim gəncləri maarifləndirən, oxucular üçün biliklər əxz etməyə münbit şərait yaradan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu münasibətlə nə kimi işlər görəcək? Sualıma cavab tapmaq üçün kitabxanaya üz tutdum. Və öyrəndim ki, görkəmli dramaturqun yubileyi ilə əlaqədar kitabxanada virtual kitab sərgisi və metodiki vəsait hazırlanıb.

 

Materiallarda Cəlil Məmmədquluzadənin 155 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tam mətni, yazıçının həyat və yaradıcılığı,  elmi və pedaqoji fəaliyyəti haqqında geniş məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda Cəlil Məmmədquluzadənin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasının qoyulması, cəmiyyətin maariflənməsi, məktəb tərbiyəsi, milli şüurun inkişafı yönümündə əzmkarlıqla çalışmasından bəhs edilir. Virtual sərgi və metodiki vəsaitdə Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalındakı fəaliyyəti, seçilmiş fikirləri, imzaları,  görkəmli şəxslərin ədib haqqında söylədikləri dəyərli fikirlər, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar, əsərlərinin motivləri əsasında səhnələşdirilən filmlərdən fraqmentlər təqdim edilir. Yazıçının ədibi irsinin kitabxanalarda geniş təbliği məqsədiləhazırlanan metodiki vəsaitdə Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunan müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr, müəllifi olduğu və haqqında yazılan kitab və məqalələrin biblioqrafik təsviri yer alır.

Görkəmli dramaturq Cəlil Məmmədquluzadənin 155 illik yubileyi ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında

https://ryl.az/multimedia/celil-memmedquluzade-155 yerləşdirilib.

Aşağıda təqdim etdiyim linklə daxil olub materiallarla tanış olmaq mümkündür.

https://ryl.az/funds/metodiki-vesaitler .

Bir sözlə, böyük Mirzə Cəlilin adına layiq bir iş ortaya qoyulub.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)