KİTAB BƏLƏDÇİSİndə “Allahsızlar şəhəri”

Rate this item
(10 votes)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Uzun müddət idi ki, mütaliəyə vaxt ayıra bilmirdim. 

Bu günlərdə Uraqan Abdullayevin “Kəpənək” və “Allahsızlar şəhəri” kitablarını oxudum. 

“Kəpənək” barədə ötən gün danışmışdım, bu günsə ikinci kitabdan danışacam. 

 

Gələk “Allahsızlar şəhəri”nə.

Kitabın adını eşidəndə insan düşünür ki, yəqin ki, yolunu azmış insanların yaşantısı və ya törətdiyi cinayətlərdən bəhs olunacaq kitabda. 

Doğrudur, əslində kitabın məzmunu bu düşüncə ilə bir qədər eynidir. Lakin kitabdakı obrazlar insanlar deyil.

Yaxşı, bəs onlar nələrdir?

Bir söz var deyir: "Təəssüf ki, sağlamlıq deyil, xəstəlik yoluxur.  Kamillik deyil cahillik, yaxşılıq deyil pislik yoluxur”.

Allahzılar şəhəri kitabı bir az da xeyirlə şərin mübarizəsi kimidir. 

Həqiqətlə yalanın əfsanəsində olduğu kimi , günümüzdə real həyatda da çox zaman yalan həqiqətə, şər qüvvələr xeyirə qalib gəlir.

Necə deyərlər, onlar yalana inandırdı, biz həqiqətə inandıra bilmədik.

Bəs görəsən Allahsızlar şəhərində necə oldu, həqiqət qalib gəldi, ya yalan? 

Kitabda bir yerdə belə deyilir: "İnsanlar hər zaman həqiqəti axtarırlar. Lakin onu tapdıqlarında qəbul edə bilmirlər. İnsanlar həqiqəti tapmağı deyil, onu axtarmağı sevirlər" 

Rəylərdə bu kitabın axıcı olduğunu oxumuşdum, həqiqətən də elədir. “Kəpənək” kitabı daha qısa olsa da onu uzun fasilələrlə,  bir neçə günə oxumuşdum, Lakin “Allahsızlar şəhəri” kitabını bir neçə saat içərisində oxuyub bitirdim.

Və son olaraq kitab haqqında onu da deyim ki, Vicdanın "Mən bəzi insanlarda yoxam"-, deməsi acı olsa da gözəl və yerində olan bir həqiqət idi.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)