MUSİQİ BƏLƏDÇİSİ - klassik janr musiqiləri ən üstün musiqi sayılır Featured

Rate this item
(1 Vote)

Lalə Həsəncan, “Ədəbiyyat və incəsənət”

 

 

 

Musiqi bənzərsiz səslərin harmoniyasından yaranan bir mənəvi qidadır. İnsan ruhunu zənginləşdirən, sakitləşdirən bir dəyərli sənət nümunəsidir. İnsan hislərinin çoxu musiqi ilə bağlıdır. İnsan qəlbini fəth edən musiqi özünəməxsusluğu ilə bir çox sənət əsərlərinin meydana gəlməsinə səbəb olmuşdur. Musiqi poeziya ruhu və onun yaradıcısı kimi də səslənə bilər. Şair və yazıçı sənətinin yaranmasında məhz musiqilərin öz yeri var. Biz şairləri qələmə bağlayan və sənətimizə güc verən, bizi ilhamlandıran bu sənət nümünəsinin əvəzsizliyi zehni gücümüzün inkişafıdır.

Dunya musiqiləri içərisində klassik janr musiqiləri ən üstün musiqi sayılır. Klassik musiqi əsərləri insan beyninin və ruhunun səssizliyidir. Bu musiqi janrı öz müasirliyini hər dövrdə qoruyub saxlayır. Şopen,  Çaykovski, Bethoven, Motsart və.s.. kimi unudulmaz əsərləri ilə yaddaşlarda qalan məşhur bəstəkarlar yaratdıqları möhtəşəm inciləri ilə insan dəyərlərini heyran etmişlər. Azərbaycan musiqisinin klassik sənətinin görkəmli nümayəndəsi və banisi Üzeyir Hacibəyov öz orijinal musiqi üslubu ilə Azərbaycan musiqisinin tarixinə mühüm imza atır. Görkəmli bəstəkarın sənət nümunələri XX yüzillikdə Azərbaycandan kənarda, bir çox ölkələrdə tanınmağa başlayır.

Mən klassik musiqilərə üstünlük verirəm, lakin bununla yanaşı klassik opera musiqisini də qulaq asıram. Klassik musiqi sənətimin davamlılığını, dərinliyini tamlıqla ruhumda əks etdirir. Yeni yaradıcılıq xüsusiyyətlərimə müsbət təsvir edir. 

İlk dəfə opera janrı özünün memarlıq, tarixi, bədii və incəsənət dəyərləri ilə seçilən İtaliyada meydana gəlmişdi. Bir çox dram əsərlər məhz  opera sənət nümünəsi kimi səhnəyə qoyulmuşdu. Bu da hər bir əsərin ölməzliyini  təmin etməklə yanaşı, klassik musiqi janrının bənzərsizliyini ortaya çıxarırdı.

Muasir dövrün musiqi yaradıcılığı çoxşaxəliliyi ilə özünü göstərir. Tarixi və əsrin dramatik hadisələri, çağdaş musiqi yaradıcılığının müxtəlifliyi dünya incəsənətinin yeni ideyalar zənnində dəyişiminin bədii təcəssümüdür. Yeni musiqi istiqaməti, müasir dünyanın dəyişən istək və düşüncələri əsrlər boyu müşahidə olunmuş kontekstə nəzərən professional incəsənət inkişafının mərhələsini təsdiq edir. Cəmiyyətin iqtisadi, içtimai-siyasi və mənəvi həyat tərzi  musiqi mədəniyyətində ciddi dəyişiklik yaradır. Bu da sənət dünyasının yüksək inkişafını əks etdirir.

Musiqi ruhumuzun gizli səltənəti, ölüm və yaşamın isə dərin yuxusudur. 

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)