Bu gün “Okean Elzy” Bakıda konsert verəcək

Rate this item
(0 votes)

Avqustun 17-də - bu gün Heydər Əliyev Sarayında Ukraynanın sevilən, dünyaşöhrətli rok qrupu “Okean Elzy” növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.

 

Çox sayda pərəstişkar kütləsi olan əfsanəvi rok qrupu maraqlı repertuarla tamaşaçıların qarşısına çıxacaq.

Qrupun musiqiləri bənzərsiz səs və təsiredici sözləri ilə ruhun dərinliklərinə nüfuz edir, konsertləri isə tamaşaçılara hər zaman səmimiyyət və sevgi dolu emosional anlar bəxş edir.

Qeyd edək ki, Slavyan melodiyasının güclü rok enerjisi ilə birləşməsi "Okean Elzy” qrupunun musiqilərinin əsas hərəkətverici qüvvəsini təşkil edir. 2014-cü ildə “Okean Elzy”nin 20 illik yubiley konsertini canlı olaraq yarım milyondan çox tamaşaçı izləyib. Qrup MDB və Şərqi Avropadan olan tamaşaçılar tərəfindən adlandırılmış "Ən yaxşı rok qrupu" və "Canlı qrup" adları ilə fanat ordusunun rəğbətini qazana bilib.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)