Dünyaşöhrətli ABBA qrupu 40 il fasilədən sonra yenidən albom buraxacaq

Rate this item
(0 votes)

XXL dərgisi Stokholmdan xəbər verir ki, dünyaşöhrətli ABBA İsveç qrupu - o qrup ki, Azərbaycanda da hədsiz populyar idi, xüsusən «Money» mahnısı sevilirdi -  son 40 ildə ilk dəfə albom buraxacaq. Əlamətdar hadisə Noyabr ayında baş tutacaq, alboma isə 10 yeni mahnı daxil ediləcək. Mahnılardan biri "Mən hələ də sənə inanıram"adlanacaq.  Bu barədə qrupun bəstəkarı Benny Andersson SVT telekanalına müsahibəsində bildirib.
"Əvvəlcə iki mahnı var idi, kiçik repertuar idi və çox əhəmiyyətsiz görünürdü, daha bir neçəsini yarada bilərikmi, daha çox şey edə bilərikmi deyə özümüzə suallar verdik.
Biz qətiyyətlə bir şeylər edə bilərik dedik və hər şey yaxşı oldu, irəli getdik və bütöv bir albom buraxmağı gündəmə gətirdik", - deyə o bildirib.

Qeyd edək ki, İsveç pop-qrupu “ABBA” 1972-ci ildə yaranıb. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb (ABBA qrupunun üzvləri Benny Andersson, Bjorn Ulvaeus, Agnetha Faltskog və Anni-Frid Reuss). Çox maraqlıdır ki, ABBA adı İsveçin dəniz məhsularını istehsal edən bir firmasının adıdır (Abba Seafood). Qrup üzvləri onlardan ABBa adını istifadə etmək üçün icazə istəyəndə bildiriblərmiş ki, icazə veririk,amma elə edin ki,
biz sizin adınıza görə xəcalət çəkməyək)
1974-cü ildə "Waterloo" mahnıları Eurovision müsabiqəsində birinci yeri tutduqdan sonra, qrup daha da məşhurlaşmağa başlayıb. Karyera müddətində “ABBA” qrupu səkkiz studiya albomu buraxıb. Sonuncu "The Visitors" adlı albom isə 1981-ci ildə çıxıb. Dünya üzrə qrupun 350 milyon albomu satılıb.
Baxmayaraq ki, onlar qrupun dağıldığı barədə rəsmi açıqlama verməmişdilər, amma “ABBA” qrupunun 1983-cü ildən dağıldığı hesab edilirdi. Amma budur, bu da yeni albom. Dünyanın musiqi həyatında inanılmaz bir hadisə olacaq, qaçırmayın!