Müslüm Maqomayevin 80 illiyi münasibətilə konsert proqramı təşkil ediləcək

Rate this item
(0 votes)

 

Oktyabrın 25-də Heydər Əliyev Sarayında görkəmli müğənni və bəstəkar, Xalq artisti Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş konsert proqramı təşkil ediləcək. 

 

“Əbədiyaşarlar” layihəsi çərçivəsində reallaşacaq konsert zamanı görkəmli müğənninin repertuarından olan mahnılar tanınmış incəsənət nümayəndələri tərəfindən səsləndiriləcək. 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.