Bu gün Gəncədə “Muğam gecələri” başlaycaq

Rate this item
(0 votes)

Bu gün Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə “Muğam gecələri” adlı layihə həyata keçiriləcək. 

“Ədəbiyyat və incəsənət” portalı xəbət verir ki, bu, Ramil Qasımovun Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilməsindən sonra təqdim edilən növbəti maraqdoğuran layihədir. Gəncənin mədəniyyət həyatı, musiqi həyatı əməlli-başlı zənginləşib və bunu duymamaq mümkün deyil. 

 

Layihə çərçivəsində Xalq artisti Mənsum İbrahimov Gəncədə ilk dəfə solo konsert proqramı ilə çıxış edəcək.

Xanəndəni tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edəcək.

Möhtərəm gəncəli oxucularımızı bu möhtəşəm konserti izləməyə dəvət ediril. 

Biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından, eləcə də iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)