26 noyabr hansı gündür? - ƏLBƏTTƏ Kİ, KƏLAĞAYI GÜNÜ

Rate this item
(0 votes)

Bəli, 26 noyabrı biz Kəlağayı günü kimi qeyd edirik. Bu il bu günün hansı özəllikləri olacaq? Bu sualla da “Ədəbiyyat və incəsənət”in əməkdaşı Könül Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin qurucusu Güllü Eldar Tomarlıya müraciət edib. Cavabı diqqətinizə çatdırırıq: 

-Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində 26 noyabr Kəlağayı gününə həsr olunmuş “Anam kəlağaylı bir muğamıydı...” adlı konsert tədbiri keçiriləcək. 

26 noyabr 2023 cü ildə baş tutacaq konsertdə saat 16:00-da  kəlağayıya aid rəsm əsərlərinin sərgisi keçiriləcək, saat 17:00-da isə konsert proqramı təqdim ediləcəkdir. Konsertdə milliliyimizin simvolu olan kəlağayımıza həsr olunan ifalar, şeirlər səsləndiriləcək. Fürsətdən istifadə edib portalınız vasitəsilə bütün sənətsevərləri tədbirimizə dəvət edirəm. 

 

Xatırladaq ki, konsert-tədbirə biletləri iticketaz sayıtından əldə edə bilərsiniz.

https://iticket.az/en/events/concerts/anam-kelagayli-bir-mugamiydi-s/102938

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)