Sabah Beynəlxalq Muğam Mərkəzində Zəfər Gününə həsr olunmuş konsert təqdim ediləcək

Rate this item
(0 votes)

Noyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunacaq.

 

Konsert Muğam Mərkəzinin fəaliyyətə başlamasının 15 illiyinə həsr edilən silsilə tədbirlər çərçivəsində keçiriləcək.

Proqramda BMM-in solistləri, Əməkdar artistlər Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva və xanəndə Hüseyn Məlikov çıxış edəcək. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, udda Vasif Yusibli, nağarada Amil Mustafayev, balabanda Rafael Əsgərov müşayiət edəcək.

Konsertə giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)