Bu gün xalq rəssamı Sakit Məmmədovun doğum günüdür

Rate this item
(0 votes)

 

Bu gün Azərbaycan Respublikasının xalq rəssamı Sakit Məmmədovun doğum günüdür. Sakit Qulam oğlu Məmmədov 1958-ci ilin 5 avqustunda Neftçalada dünyaya göz açıb. Həqiqətən də Tahir Salahov, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Mikayıl Rzaquluzadə kimi rəssamlar pleyadasının növbəti mogikanıdır. 

 

YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvüdür o. Dünyanın müxtəlif ölkələrindən onlarca orden, medal, mükafat qazanıb. 

Onun rəsmlərində o qədər rəng var ki, bu rənglər göz oxşayaraq həm də insanı sabahkı xoş günlərə ümidləndirir. 

Ustad rəssanı təbrik edir, ona uzun ömür və cansağlığl arzulayırıq.

 

Şəkildə: Sakit Məmmədovun “Klounlar” əsəri