“Mənim düşüncəm” uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri açılacaq

Rate this item
(0 votes)

Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində gənc nəsildə kreativ düşüncənin inkişafına xidmət məqsədilə ənənəvi “Mənim düşüncəm” adlı uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.

Xətai Sənət Mərkəzindən bildirilib ki, müsabiqəyə 9-21 yaş arası yaradıcılıq qabiliyyəti olan 800-dən çox uşaq və yeniyetmə və gənc 1200-ə qədər əsər təqdim edib.

Seçim zamanı mövzu, ölçü və texnika sərbəst olan müsabiqədə müəllifin yaşı nəzərə alınmaqla fərqli fikir, təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn) və əvvəlcə sərgilənməmiş, kreativ düşüncəli yaradıcılıq nümunələrinə üstünlük verilib.

Müsabiqənin yekun sərgiləri oktyabrın 17-18-də saat 16:00-da növbəli şəkildə Xətai Sənət Mərkəzində keçiriləcək.

Sərgilənəcək əsərlər Xətai Sənət Mərkəzinin ikinci mərtəbəsinə çərçivədə təqdim olunmalıdır.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

Nəzərinizə çatdıraq ki, iştirakçılar əsərinin fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməklə müsabiqəyə qatılılıblar.

 

“Ədəbiyyat və incəsənət”

(2.10.2023)