Bakıda “Kalliqrafiya sənəti” sərgisi açılıb

Rate this item
(0 votes)

Azərbaycan Milli İncəsənət Muzeyində “TurkicWorld” və “Alport Baku”nun dəstəyi ilə Türkiyənin “Albayrak Group” şirkəti və “Trend” informasiya agentliyi tərəfindən təşkil olunan “Kalliqrafiya sənəti” sərgisi açılıb.

 

Bu ekspozisiyada 40-dan çox əsər təqdim olunub.

Kalliqrafiya sənəti İslam sivilizasiyasının zəngin mədəni irsinin bir hissəsidir və ənənəvi sənətlər arasında unikal yerini bu vaxta qədər qoruyub saxlayır. Kalliqrafiya – ərəb ölkələrində mükəmməlliyin ən yüksək dərəcəsinə çatdırılmış söz təsviretmə sənətidir. Nəticədə tam bir ədəbi ənənə yaranıb, burada kalliqrafiya sirləri yüzilliklər ərzində ustadlardan şagirdlərə ötürülüb. Kalliqraflar bu günə qədər islam cəmiyyətlərində ən hörmətli rəssamlardan biri olaraq qalır.

“Albayrak Group” şirkəti təxminən on il ərzində dünya platformalarında təqdim olunan bir sıra mədəni layihələr həyata keçirir. Belə layihələrdən biri işləri hər il müxtəlif ölkələrdə nümayiş olunan kalliqrafiya sənətinin təcrübəli ustaları və gənc həvəskarları birləşdirir.

 

Bakıda keçirilən “Kalliqrafiya sənəti” sərgisi oktyabrın 15-dək davam edəcək.

Sərgiyə giriş pulsuzdur.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)