Rəngkarlıq Muzeyində növbəti mühazirə feminist arxeologiyasına həsr olundu

Rate this item
(0 votes)

Sentyabrın 14-də XXI əsr Azərbaycan Rəngkarlıq Muzeyində arxeoloq, eksperimental arxeoloji laboratoriyasının rəhbəri Əjdər Babazadənin “Feminist arxeologiyası (İbtidai-icma quruluşunda qadın)” mühazirəsi keçirildi. 

 

Mühazirədə paleolit və neolit dövrlərinə aid Venera heykəlcikləri əsasında qədim zamanlarda qadının rolu, anaxaqanlıq, tanrı və ilahələrin semantikası haqqında bəhs edilirdi. Həmçinin Venera heykəlciklərinin tarixdəki yeri, bu mövzu ilə bağlı elmi müzakirələrin nədən ibarət olduğundan danışıldı, hipotez və paradiqmalar təhlil edildi.

Azərbaycan dilində aparılan mühazirə maraqla dinlənildi.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)