Tərbiyəli insan modeli Featured

Rate this item
(11 votes)

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

-Əhməd müəllimi də yeni təyin ediblər axı işə.  Özünüz bilirsiniz də, indiki zamanda heç kimə etibar, güvən qalmayıb. Görəsən bu necə insandır ?! 

 

-Heç narahat olmayın, Əhməd müəllim çox yaxşı insandır. Çox adama da yaxşılıq edib, əl tutub. 

 

- Nə olsun ?! Hər çoxlu obyekti olan yaxşı insan sayılır ?

 

-Siz nə danışırsınız?! O namaz qılandır, Həccə ziyarətgaha gedib gəlmiş insandır. Heç ayıb deyilmi onun haqqında belə danışırsınız ?! 

 

- Həə, namaz qılırsa o başqa məsələ. Amma, mən bilən, İran da İslam ölkəsidir və orda da namaz qılan, Həssə ziyarətgaha gedib gəlmiş insanlar çoxdur. Ancaq 44 günlük müharibə dönəmində onlardan öz əqidələrinə uyğun davranış görmədik...

 

-Nə bilim vallah.

 

Bizim cəmiyyətdə yaxşı, tərbiyəli insan modelini qısada olsa izah edim sizə: Söyüş söyməyən, namaz qılan,  hər deyilənə "baş üstə" deyən, "yox" cavabı verməyə çətinlik çəkən, məhbusluq yaşamayan, polislə indiyədək heç bir işi olmayan, birdən artıq sevgilisi olmayan, adı çıxmayan və daha nələr nələr...

Ardını isə istəsəniz siz davam edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)