“İrəvan mətbəxindən nümunələr” layihəsində Hindtoyuğu ətindən küftə

Rate this item
(0 votes)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Hindtoyuğu ətindən küftənin  hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR:

§ Hindtoyuğu filesi – 130 qr

§ Kartof – 125 qr

§ Düyü – 22 qr

§ Yumurta – 40 qr

§ Soğan – 17 qr

§ Un – 22 qr

§ Albuxara – 11 qr

§ Alça qurusu – 11 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ keşniş – 10 qr

 

HAZIRLANMASI:

Hindtoyuğunun döş əti yuyulur, doğranır. Xırda doğranılmış soğan, bişirilmiş kartof, düyü, yumurta, un ətlə qarışdırılır. Hazırlanmış ət kütləsindən küftələr düzəldilir, içərisinə albuxara və ya alça qurusu qoyulur, hindtoyuğunun işgənəsində bişirilir. Süfrəyə veriləndə üzərinə keşniş səpilir.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)