“İrəvan mətbəxindən nümunələr” layihəsində Qovurmalı bozbaş

Rate this item
(0 votes)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qovurmalı bozbaşın hazırlanma qaydasını təqdim edəcəyik. 

 

 DÜSTUR:

§ Qovurma – 117 qr

§ Soğan – 50 qr

§ Kartof – 113 qr

§ Pomidor – 42 qr

§ Noxud – 25 qr

§ Alça qurusu (sarı) – 10 qr

§ Sarıkök (və ya sarıçiçək) – 0,1 qr

§ İstiot – 0,5 qr

§ Duz – 6 qr

Xörək əlavəsi:

§ göyərti – 10 qr, qırmızı soğan – 10 qr, nanə qurusu – 1 qr, sumaq – 1 qr

 

HAZIRLANMASI:

Qovurma qazana yığılır, ocağa qoyulur. Soğan təmizlənir, yuyulur, kvadrat şəklində xırda-xırda doğranır. Qovurma qızdıqda onun üzərinə soğan əlavə olunur və qızardılır. Soğan qızardıqda əvvəlcədən isladılmış yarıbişmiş noxud, yuyulub-təmizlənmiş dilim şəklində və yaxud balaca olsa, bütöv şəkildə kartof, yuyulub- təmizlənmiş alça, 4 yerə bölünmüş po- midor vurulur. Üzərinə işgənə əlavə edilib, bişməyə qoyulur. Duz, istiot, ədviyyat vurulur. Qaynadıqdan sonra 30- 35 dəqiqə ərzində vam odda bişirilir. Üzərinə göyərti səpilir, yanında qırmızı soğan, nanə qurusu, sumaq verilir.

Ekspertimiz Tərifə Kəngərlinskaya (İrəvan şəhəri) eyni nüsxəni “qovurma bozbaşı” ad- landırmışdı. Eyni nüsxədə noxud əvəzinə noxud ləpəsi, pomidor əvəzinə isə tomat pastası, əlavə olaraq keşniş, ispanaq və düyüdən istifadə etmişdi. Xörəyə ədviyyat, kartof əlavə etməmişdi. 

Ekspertimiz Arzu Bağırova (Dərələyəz mahalı, Heşin kəndi) eyni nüsxəni “qovurma bozbaşı” adlandırmışdı. Eyni nüsxədə pomidor, alça qurusu, sarıkök istifadə et- məmişdi. Xörək əlavəsi kimi quru və sulanmış lavaş, bir də İrəvan mətbəxinin şahənşah-caşır turşusu ilə süfrəyə verilmişdi.

Ekspertimiz Tariyel Səfərəliyev isə (Dərələyəz mahalı, Cernuk rayonu) eyni nüsxəni “qovurma bozbaşı” adlandırmışdı. Eyni nüsxədə pomidor əvəzinə tomat pastası istifadə etmişdi. Bozbaşa alça qurusu və sarıkök əlavə etməmişdi. 

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)