“İrəvan mətbəxindən nümunələr” layihəsində Balıq şorbası

Rate this item
(0 votes)

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Baliq şorbasının hazırlanma qaydasını təqdim edəcəyik. 

 

ƏRZAQ

§ Sıf balığı – 100 qr

§ Yumru düyü – 20 qr

§ Kərə yağı – 20 qr

§ Rəngli bibərlər – 20 qr § Soğan – 20 qr

§ Kök – 20 qr

§ Pomidor – 30 qr

§ Kartof – 30 qr

§ Sarımsaq – 1 qr

§ Mərzə – 1 qr

§ Sarıkök – 1 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ meyvə turşusu (məti) – 40 qr, göyərti – 20 qr

 

HAZIRLANMASI:

Təmizlənmiş, yuyulmuş sıf balığı bir neçə hissəyə bölünür, üzərinə su əlavə olunur və bişirilir. Bişdikdə balıq sudan çıxarılır və sümüyü təmizlənir, xırda hissələrə doğranır. Işgənəsi ələkdən süzülür. Qazana yağ əlavə olunur, qızdıqda üzərinə xırda doğranmış soğan, bibər, kök, sonra kartof, pomidor, sarımsaq əlavə edilir və bir yerdə tovlanır. Sonra düyü də əlavə olunur, bişirilir. Duz, istiot, sarıkök, mərzə qurusu əlavə olunaraq qarışdırılır, üzərinə işgənə əlavə olunur və bişməyə qoyulur. Düyü və tərəvəzlər yarı bişəndən sonra balığın doğranmış tikələri üzərinə əlavə olunur. Hazır olduqda dərin boşqaba çəkilir, üzərinə xırda doğranmış göyərti səpilir və süfrəyə verilir. Yanında meyvə turşusu (məti), göygöyərti verilir.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)