Hollivudda tətil daha da genişlənir

Rate this item
(0 votes)

Xəbər verdiyimiz kimi, ABŞ-ın Kinematoqrafçılar Gildiyası Fondunun çağırışı ilə Hollivudda aktyorlar, ssenaristlər  və texniki heyət müddətli tətil hərəkatına başlayıb. Avqusta tətilin səngiyəcəyini proqnoz edənlər yanılıblar. Tətil cəngimir, əslinsə daha geniş vüsət alır.

 

“Ədəbiyyat və incəsənət” portalı XXL dərgisinə istinadən xəbər verir ki, Hollivudun “A” sinfindən olan aktyorları da ABŞ-ın Kinematoqrafçılar Gildiyası Fondunun çağırışlarına cavab vermək qərarına gəliblər. Onlar aktyor və ssenaristlərin davam edən tətilində həmkarlarına kömək məqsədilə hər biri bir milyon dollar və ya daha artıq məbləğdə vəsait bağışlayıblar.

Fond bildirib ki, son üç həftədə onlar Fonda fövqəladə maliyyə yardımı proqramı üçün ən azı bir milyon dollar bağışlayanlar siyahısından 15 milyon dollardan artıq məbləğdə vəsait toplaya biliblər.

Siyahıda Hollivudun bir çox tanınmış məşhurları var. 

Demək, bu xəmir hələ çox su aparacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)