“Yuğ” Teatrı beynəlxalq teatr festivalında ölkəmizi təmsil edəcək

Rate this item
(0 votes)

Azərbaycan Dövlət “Yuğ” Teatrı Gürcüstanın Kutaisi şəhərində təşkil olunan "Teatral İmereti" beynəlxalq teatr festivalında iştirak edəcək. Bu festival  Mesxişvili Dövlət Teatrında keçiriləcək. Bu barədə Tetarın mətbuat xidmətindən məlumat verilib.

 

“Hər il keçirilən bu festivala 20-dən çox ölkə qatılır. Festival çərçivəsində Azərbaycanı “Yuğ” Dövlət Teatrı V.Şekspirin "III Riçard" əsəri əsasında, bolqarıstanlı rejissor Hristo Stoiçevin quruluşunda "Lənət" tamaşasını iyunun 20-də nümayiş etdirəcək. Səhnə əsərində Əməkdar artist Qasım Nağı və digər aktyorlar Oqtay Mehdiyev, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva, Zümrüd Qasımova çıxış edəcəklər”, - deyə məlumatda vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)