Rus Dram Teatrının kollektivi Şəkidə teatrsevərlərin qarşısında çıxış edib

Rate this item
(0 votes)

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verib.

 

Nazirlikdən bildirilib ki, qastrol səfərləri çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Şəki Dövlət Dram Teatrının qonağı olub. 

Rus Dram Teatrı şəkili teatrsevərlərə mayın 29-da Anarın “Mən, sən, o və telefon”, mayın 30-da isə “Sehrli karusel” tamaşasını nümayiş etdirib.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)