Bu gün Salyan Dövlət Kukla Teatrı Qaxda “Bir də etmərəm” tamaşasını nümayiş etdirəcək

Rate this item
(0 votes)

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verib. 

Nazirliyin məlumatına görə, qastrol səfərləri çərçivəsində Salyan Dövlət Kukla Teatrının kollektivi bu gün - mayın 26-da Qax Dövlət Kukla Teatrında Rəvan Tohidoğlunun “Bir də etmərəm” tamaşasını nümayiş etdirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)