“YARAT”da Rusiya istehsalı filmlər nümayiş olunub

Rate this item
(0 votes)

“YARAT” Film Klubu və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşlığı ilə rus kinorejissorlarının "Səmadan dərhal döyüşə" filmi nümayiş edilib.
AzərTAC xəbər verir ki, film “YARAT” Müasir İncəsənət Mərkəzində açılan sərginin konsepsiyasına uyğun olaraq, müxtəlif nəsillər arasında fərqliliyi təcəssüm etdirir. Ekran əsəri İkinci dünya müharibəsi və Qış müharibələri zamanı hava-desant qoşunlarının komandanı, ordu generalı, Sovet İttifaqı qəhrəmanı Vasili Margelovun taleyindən bəhs edir. Film, desantçılar arasında kulta çevrilmiş "Batya" adlı seriala istinadən çəkilib.
Daha sonra “YARAT”da Rusiya istehsalı olan “Afrika” filmi də nümayiş olunub. Filmdə hadisələr 1943-cü ilin qışında, Leninqradın ağır blokadası vaxtında cərəyan edir.