Şəhər büdcəsi kinematoqrafiyaya pul ayırır, gözəl təşəbbüsdür

Rate this item
(0 votes)


“Ədəbiyyat və incəsənət” TASS agentliyinin çox maraqlı bir xəbərini diqqətinizə çatdırır. Belə ki, Rusiyanın şimal paytaxtı sayılan
Sankt-Peterburqun şəhər administrasiyası təxminən 20 filmin layihəsi üçün şəhər büdcəsindən kinematoqrafçılara dəstək verəcək. Ayrılan subsidiyaların ümumi məbləği təxminən 59 milyon rubl (1374110 manat) təşkil edəcək. Bu barədə bu gün vitse-qubernator Boris Piotrovski "Vkontakte" sosial şəbəkəsində bildirib.
"Bu, 15 sənədli və dörd bədii film üçün ayrılacaq məbləğdir. Bu il çəkiləcək bir çox film ölkəmizin tanınmış mədəniyyət xadimlərinə həsr olunub: Aleksey Herman və Svetlana Karmalite, Sergey Slonimski, İqor Maslennikov və digərləri. Daha bir sənədli film Leninqradın blokadada olan zamanında əfsanəvi futbol matçına həsr olunacaq", - deyə Piotrovski məlumatında bildirib.
Həmçinin, şəhərin dəstəyi ilə yaradılacaq bədii filmlərin adları da açıqlanıb. Bunlar Dmitri Qubarevin "Əlavə dərs", Dmitri Svetozarovun "Beş faiz", Aleksandr Qalininin "Mənim dəhşətli bacım" və Andrey Noskovun "Təcrübə nümunəsi" fiımləridir.
Piotrovski xatırladıb ki, iyulun 28-də Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatları kinematoqrafiyaya dəstək haqqında şəhər Qanununa dəyişikliklər qəbul ediblər. Buna uyğun olaraq, gələn il şəhər yalnız QHT-lərin deyil, kommersiya təşkilatlarının, o cümlədən kinostudiyanın layihələrini maliyyələşdirə biləcək.
Qeyd edək ki, hər il Sankt-Peterburqda təxminən 80 film çəkilir.
Gözəl təcrübədir, deyilmi?