BAFTA mükafatları təqdim olundu - OPPENHEİMER, BƏSDİR DƏ DAHA! Featured

Rate this item
(0 votes)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Dünən gecənin bir aləminə kimi oturub 77-ci Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatınının təqdimetmə mərasiminə baxdım və düzü, məyus oldum. Londonun Kovent-qarden kral  teatrında düzənlənən şou niyə məni məyus etdi, deyim. 

Mən Britaniya əsilli amerikalı rejissor Kristofer Nolanın (qapaq şəklində) bioqrafik dramı olan “Oppenheimer” (2023) filmini bəyənmirəm, amma bu filmin kultu yaranır göz görəsi, BAFTA-nın baş mükafatını da bu film apardı. Elə gələn ay Oskarı da o aparasıdır. 

Amma mənim fikrim heç nəyi dəyişəsi deyil deyə söhbətimi davam etdirirəm. 

 

Oppenheimer” “Ən yaxşı film” nominasiyasını qazandı, ümumilikdə nominasiyaların sayına görə liderlik edən film namizəd olduğu 13 mükafatdan 7-ni əldə etdi. Belə ki, o, Britaniya Akademiyası tərəfindən “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ikinci plan aktyoru”, “Film üçün ən yaxşı musiqi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı redaktə” nominasiyalarında mükafat aldı. 

Sonrakı yerdə 5 nominasiya ilə Yorqos Lantimosun “Kasıb əşyalar” filmi qərarlaşdı. 

Siyahıya baxaqmı?

 

* Ən yaxşı film - Oppenheimer;

* Ən yaxşı İngilis filmi - Maraq zonası;

* Ən yaxşı sənədli film - Mariupolda 20 gün;

* Ən yaxşı aktrisa - Emma Stone;

 

 

 

* Ən yaxşı rejissor-Kristofer Nolan;

* Ən yaxşı köməkçi aktrisa - Da' Vin Joy Randolph ;

* Ən yaxşı köməkçi aktyor - Robert Dauni, Jr.;

* İngilis yazıçı, rejissor və ya prodüserin ən yaxşı debütü - Earth Mama;

* Ən yaxşı orijinal ssenari- Düşmə anatomiyası;

* Ən yaxşı uyğunlaşdırılmış ssenari - Amerika fantastikası;

* Ən yaxşı xarici dildə filmi- Maraq zonası;

* Ən yaxşı cizgi filmi - Oğlan və Heron;

* Film üçün ən yaxşı musiqi - Oppenheimer;

* Ən yaxşı kastinq - Atılmışlar;

* Ən yaxşı operator işi - Oppenheimer;

* Ən yaxşı montaj - Oppenheimer;

* Rejissor rəssamının ən yaxşı işi- Kasıb canlılar;

* Ən yaxşı aktyor Cillian Murphy.

 

 

 

* Ən yaxşı kostyum dizaynı- Kasıb canlılar;

* Ən yaxşı makiyaj və saç düzümü - Kasıb canlılar;

* Ən yaxşı səs - Maraq zonası;

* Ən yaxşı vizual effektlər - Yoxsul canlılar;

* Ən yaxşı İngilis qısa animasiyası-Krab günü;

* Ən yaxşı İngilis qısa filmi- Meduza və Lobster-meduza və Lobster;

* Ən yaxşı yeni ulduz-Mia McKenna-Bruce;

 

Cillian Murphy / фото: getty images

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)