Bu gün “Amerikalı kürəkən” səhnədə görünəcək

Rate this item
(0 votes)

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında ən maraqlı tamaşalardan olan "Amerikalı kürəkən” tamaşası növbəti dəfə nümayiş olunacaq.

 

Komediya janrında hazırlanan tamaşa yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri və görkəmli bəstəkar Ramiz Mirişlinin musiqiləri əsasında hazırlanıb.

İki hissədən ibarət olan səhnə əsərinin quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamaldır.

 

Biletləri şəhərin kassalarından və “İticket.az” saytından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)